"Mərkəzi Bankı uçot dərəcəsini azalda bilər"
Azərbaycan Mərkəzi Bankı (AMB) yay aylarında uçot dərəcəsini endirməyə başlaya bilər. Analitiklər qrupu bildirir ki, dolların məzənnəsinin sabitləşməsi, dünya bazarında neft qiymətlərinin yüksəlməyə davam etməsi, Azərbaycanın yeni iqtisadi konyunkturaya uyğunlaşması, maliyyə sabitliyinin bərpa edilməsi fonunda AMB uçot dərəcəsinin endirilməsi məsələsinə baxa bilər. Qeyd edək ki, AMB ən son 2016-cı il sentyabrın 14-də uçot dərəcəsini 9,5%-dən 15%-ə yüksəldib.
Azərbaycanda pul kütləsinin həcminin optimallaşdırılması dollara olan tələbatı getdikcə aşağı salır. Məhz dünən Dövlət Gömrük Komitəsindən verilən məlumatda bildirilib ki, Azərbaycanın 2017-ci ilin ilk rübündə idxalı keçən ilin analoji dövrü ilə müqayisədə 17,1% azalma göstərib. Əksinə, ixracın həcmi isə 49,2% artıb.
"Amma qeyd etmək lazımdır ki, dolların məzənnəsi 1,70 AZN/USD səviyyəsində sabitləşərsə, o zaman AMB-nin depozit və notlara, eləcə də kommersiya banklarının isə əmanətlərə görə 15% kimi yüksək gəlirlilik ödəməsi imkansız olacaq. Faizlərin endirilməsinə başlanması və dolların məzənnəsinin sabitləşməsi əhalinin dollar aktivlərindən tədricən imtina etməsinə gətirib çıxaracaq", - deyə analitiklər qeyd ediblər.
Analitik qrup ilin sonuna qədər əmanətlərdə dollarlaşma dərəcəsinin cari 80% səviyyəsindən 50%-ə enəcəyini proqnozlaşdırır. Faizlərin azaldılmağa başlaması əhalinin daha uzun müddətə və yüksək faizlə əmanət yerləşdirməsinə, nəticədə kommersiya banklarının manatla kreditləşməni bərpa etməsinə gətirib çıxaracaq.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















