"Neftdə yenidən mənfi qiymət görmək ehtimalı azalıb"
Beynəlxalq Enerji Agentliyinin (UEA) sədri Fateh Birol, neftdə keçən ay olduğu kimi yenidən mənfi qiymət gözləmədiyini söyləyib.
Marja Bloomberg-ə istinadən xəbər verir, Birol qiymətlərin yüksəlməsi üçün 2 faktora baxılacağını bildirib:
"Birincisi iqtisadi aktivliyin artması, ikincisi ölkələrin karantinləri yüngülləşdirməsinin nəqliyyat sektoruna nə qədər can verəcəyidir. İşlər normal şəkildə davam etsə qiymətlərin bu səviyyələrdə olacağını düşünürük. İnsanlar evdən çıxarsa ,iqtisadiyyatda yüngül bir artım olarsa qiymətlərdə artım görə bilərik"
Birol Aprel ayının neftdə "Qara Aprel" olacağını bildirmişdi.
"Gözlədiyimiz oldu və qiymət keçən ay mənfiyə düşdü. Apreldə dünya neft tələbində çox böyük azalma gözləyirdik və oldu. Tələb təxminən 30% düşdü. Eyni zamanda, SəudiyyəƏrəbistanı və Rusiya istehsalı artırdılar. Bu iki şok eyni vaxtda olduğuna görə Aprel ayının neft tarixinə "Qara Aprel" olaraq düşəcəyini söyləmişdim, neft qiymətləri də mənfi oldu",- Birol deyib.
İstehsalçı ölkələrin hasilatı daha çox azaldacaqlarını gözləmədiyini söyləyən Birol, "normal şərtlər altında OPEC bu şəkildə hasilat azaltmağa davam edəcək, ABŞ, Kanada kimi ölkələrdə istehsallarda azalma baş verəcək, biz də qiymətləri bəlkə bu səviyyələrin bir az da üzərində görəcəyik" deyib.
Neftdə keçən ay olduğu kimi yenidən mənfi qiymətləri görmək ehtimalının azaldığını ifadə edən Birol, "Bunun ən əsas səbəbləri ABŞ-ın ciddi tədbirlər görməsi və istehsaldakı ciddi azalmadır. Qiymətlərin mənfiyə keçməsini qeyri-mümkün demirəm, amma ehtimal çox aşağıdır. Qiymətlərdə aşağı istiqamətli təzyiq ola bilər, amma dünyada iqtisadi yığışma olarsa, ikinci virus dalğası gəlməzsə və tələb canlansa qiymətlərin bu səviyyələrin də bir az üzərinə qalxacağını düşünürəm" deyib.
"ŞİRKƏTLƏR ÇOX NARAHATDIRLAR"
Enerji sektorunun qabaqcıl 50 rəhbəri ilə müzakirələr apardıqlarını bildirən Birol, hər kəsin çox narahat olduğunu, hər şirkətdə ciddi şəkildə işdən çıxarmalar olacağını söyləyib. Birol yeni layihələr mövzusunda böyük iştahsızlıq olduğunu ancaq bəzi şirkətlərin inkişaf edən ölkələrdəki daha kiçik şirkətləri satın almağa maraq göstərəcəyini dilə gətirib.
Qeyd edək ki, hazırda Brent neftinin qiyməti 30 dollar ətrafında dəyişir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
-
2 saat əvvəl
Yaxın aylarda Azərbaycana məşhur texnoloji tərəfdaşlarla yeni data mərkəzləri gəlir
-
3 saat əvvəl
Azərbaycanda yeni neft emalı zavodu tikiləcək - BU BARƏDƏ QƏRAR QƏBUL OLUNUB
-
3 saat əvvəl
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
-
3 saat əvvəl
Nazir Azərbaycanda iqtisadi artım tempinin azalmasının əsas səbəbini açıqladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
5 saat əvvəl
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
- 5 saat əvvəl
-
7 saat əvvəl
Birillik əkin aparan fermerlərin kredit faizlərini dövlət ödəyəcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
"Yevlax pilot aqrar park modelinin azad edilmiş ərazilərdə də həyata keçirilməsi qərara alınıb"
Tramp: ABŞ İrana yenidən “çox sərt” zərbələr endirəcək
Vergi ödəyiciləri ƏDV depozit hesablarında olan vəsaitlərdən dövlətə digər ödənişləri də həyata keçirə biləcəklər
Ən çox oxunanlar
Cabbarov: İqtisadi struktur dəyişir, amma bu səviyyə bizi qane etmir
"PAŞA Bank" Ağ Şəhərdə böyük filial açacaq





















