Bank of Baku-dan özünüməşğulluq proqramına dəstək!
(®️) Ölkə başçısı cənab İlham Əliyevin öndərliyi ilə həyata keçirilən özünüməşğulluq proqramına Bank of Baku da qoşuldu.
Korporativ Sosial Məsuliyyəti ilə daim seçilən və fəaliyyəti ilə ölkədə kiçik və orta biznesin inkişafına töhfə verən Bank aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılması məqsədilə həyata keçirilən bu proqram çərçivəsində də öz missiyasına sadiq qalaraq fiziki məhdudiyyəti olan üç şəxsə və məcburi köçkün həyatı yaşayan bir vətəndaşımıza şəxsi bizneslərini inkişaf etdirməkdə dəstək göstərib.
Belə ki, bank tərəfindən Ağsu, Balakən, Zərdab, Yevlax rayonlarında yaşayan həssas əhali qrupuna daxil olan şəxslərə aşağıda qeyd olunan istiqamətlər üzrə kiçik bizneslərinin qurulmasına, həmçinin inkişafına təkan verəcək xüsusi avadanlıqların alınacağına dair sənədlər təqdim olunub:
- Həmidova Mirvari Seyidəhməd qızı – tekstil məhsullarının istehsalı;
- İsayeva Pərvanə Fərman qızı – tekstil məhsullarının istehsalı;
- Hətəmov Xəyal Tahir oğlu – kişi bərbərxanasının qurulması;
- Babayeva Ülviyyə Əli qızı – qadın gözəllik salonun qurulması.
Bununla da, ölkə başçısı cənab İlham Əliyevin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilində banklar arasında sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə əsasən, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası arasında imzalanmış Memorandumun icrasına Bank of Baku da qoşularaq, regionlarda bu istiqamətdə işin təşkilinə dəstəyini göstərib. Qeyd edək ki, bank ilkin mərhələdə uğurla həyata keçirtdiyi bu layihənin icrasını ilin sonunadək fərqli regionları əhatə etməklə daha da genişləndirmək niyyətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)



