Azərbaycan şirkətlərinə 200 min avro almaq təklif edilir
Almaniya Federal İqtisadi Əməkdaşlıq və İnkişaf Nazirliyi inkişaf etməkdə olan ölkələrdə koronavirus (COVID-19) pandemiyasının mənfi təsirlərini əhəmiyyətli dərəcədə azaltmaq məqsədilə özəl şirkətlərin təklif etdiyi tədbirləri dəstəkləyir.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyindən bildirilib ki, Alman-Azərbaycan Xarici Ticarət Palatası və Almaniyanın ölkəmizdəki səfirliyi bu dəstək proqramı ilə maraqlanan şirkətlərimizi sentyabrın 30-dək "COVID-19 Response" başlığı ilə müraciət etməklə layihə təkliflərini təqdim etməyə dəvət edir. Müvafiq layihələr 200 min avroyadək maliyyələşdirilə bilər.
Proqram alman və Avropa şirkətləri, habelə inkişaf etməkdə olan ölkələrin (Azərbaycan kimi) aşağıdakı tələblərə cavab verən şirkətləri üçün açıqdır:
- illik dövriyyəsi ən azı 400 min avro olan;
- iki əməliyyat maliyyə ilinin qeydləri olan;
- Avropa İttifaqı və ya İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Kömək Komitəsinin siyahısında olan bir ölkədə qeydiyyata alınan və sair.
Proqram və tələb olunan meyarlar haqqında ətraflı məlumatı aşağıdakı linkdən əldə edə bilərsiniz: https://www.developpp.de/en/covid19/
İştirak etməkdə maraqlı olan Azərbaycan şirkətləri məsləhət üçün Alman-Azərbaycan Xarici Ticarət Palatasına (fabian.zittlau(at)ahkbaku.de) və ya +994 (50) 273 44 59 nömrəli telefona müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 8 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
-
3 saat əvvəl
"Bir" İçərişəhərin rəqəmsallaşdırılmasına dair Anlaşma Memorandumu imzalayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Tramp: Netanyahu mən nə istəsəm, onu edəcək
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Ən çox oxunanlar
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)









