"Sürücülər Azərbaycana gəlmək istəmirdilər, maliyyə itikilərimiz olub"
Daşıyıcı şirkətlər maliyyə itkilərilə üzləşiblərBeynəlxalq yükdaşımalar dünya iqtisadiyyatının funksionallığını təmin edən mühüm arteriyadır. Bura hava, dəniz, avtomobil və dəmir yolu ilə yükdaşımalar daxildir. Koronavirus pandemiyasına qarşı məhdudiyyət tədbirləri dünya iqtisadiyyatının durumunu əhəmiyyətli dərəcədə pisləşdirib. Bu, beynəlxalq yükdaşımlara da təsirsiz ötüşməyib. Lakin nəqliyyat vasitələrindən asılı olaraq bu təsirlərin miqyası və xarakteri fərqlidir.
Ümumiyyətlə, pandemiyanın beynəlxalq avtomobil yükdaşımalarına hansı təsirləri olub?
Nəqliyyat və logistika sferasında fəaliyyət göstərən “ScanEX Enterprises Limited” şirkətinin direktoru Kənan Sadıqlı bildirib ki, ticarət aktivliyinin aşağı düşməsi və karantin zonalarının tətbiqi beynəlxalq avtomobil yükdaşımalarına əhəmiyyətli dərəcədə mənfi təsir göstərib:
“Koronavirus infeksiyasının yayılmasının qarşısını almaq istiqamətində tətbiq olunan məhdudiyyət tədbirlərinə baxmayaraq, müəssisələr az həcmdə də olsa, yüklərin göndərilməsinə və alınmasına səy göstərirlər. Pandemiyadan böyük zərbə alan İtalyada sərt karantin rejimi tətbiq edilən zamanda belə bir çox müəssisə fəaliyyətini davam etdirirdi. Bu zaman sadəcə olaraq, iş rejimində və formasında mövcud duruma uyğun korrektələr edilirdi. İstənilən halda yükdaşımalara tələbat əhəmiyyətli dərəcədə azalmasa belə, həcmlər aşağı düşüb və yüklərin transferi prosesində ciddi dəyişikliklər baş verib".
Onun sözlərinə görə, Avropa məkanını götürsək burada beynəlxalq avtomobil daşımaları üçün xüsusi buraxılış mətqələri quraşdırıldı, daşımalara icazə verilən marşrutlar, sürücülərin istirahət edə və yemək yeyə biləcəkləri yerlər müəyyən olundu:
"Bəzi ölkələrdə tranzit avtomobilin ölkə ərazisində qalmasına, sərhəddən sutka ərzində buraxılan nəqliyyat vasitələrinin sayına məhdudiyyətlər tətbiq edildi. Bu tədbirlər bir tərəfdən yükdaşımaların mobilliyinə bilavasitə mənfi təsir göstərdi və daşıyıcı şirkətlərinin manevr imkanlarını minimuma endirdi. Digər tərəfdən isə özünü çoxkilometrlik tıxacların yaranmasında və sərhəddə uzunmüddətli dayanmalarda göstərdi. Bu vəziyyət isə birbaşa olaraq məhsulların son istehlakçıya çatdırılma müddətinə uzatdı və daşıyıcı şirkətlərinin maliyyə itkilərinə gətirib çıxardı".
O, rəhbərlik etdiyi şirkəti nümunə çəkərək deyib ki, Avropadan yüklərin gətirilmə vaxtı bəzi hallarda iki dəfəyə kimi uzandı:
"Bununla əlaqədar müəyyən müddət yüklərimizi Azərbaycana gətirəcək sürücüləri tapmaqda çətinliklərimiz oldu. Çünki əcnəbi sürücülər vaxt itkisinə görə Azərbaycana gəlmək istəmirdilər. Bütün bunlar nəticə etibarı ilə maliyyə itikilərimizlə müşahidə olunurdu. Belə ki, məhdudiyyətlərdən əvvəlki dövrlə müqayisədə xərclərimizdə 15-20% artım oldu".
K.Sadıqlı xüsusi vurğulayıb ki, bu gün üçün vəziyyətin nə zaman normal axara dönəcəyinə dair hər hansı proqnoz vermək çətindir:
"Bu onunla əlaqədardır ki, koronavirusun nə zaman bitəcəyi, istehsalın nə zaman tam həcmdə bərpa olunacağı tam aydın deyil. Eyni zamanda, istehlak tələbinin pandemiyadan əvvəlki səviyyəyə qayıdıb qayıtmayacağına dair də qeyri-müəyyənlik var. Ona görə də çox güman ki, avtomobil yükdaşımalarının üzərindəki əlavə təzyiq qarşıdakı aylarda da mövcudluğunu qoruyacaq”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank qadın sahibkarlar üçün “Access2Success” layihəsini Qubada təşkil edib
-
1 saat əvvəl
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
-
2 saat əvvəl
Xalq Bank “Visa Direct to Account” xidməti üzrə mükafata layiq görüldü
-
2 saat əvvəl
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
Bu il İçərişəhərdə 26 iri festival keçiriləcək
"Yeni tikililərin maya dəyəri artır, yaxın aylarda mənzillərin daha da bahalaşacağı gözlənilir"
Ən çox oxunanlar
Bakcell-in dəstəyi ilə gənclər üçün “SummerStack Bootcamp” başlayır
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Yasamalda sərfəli qiymətlərlə mənzil sahibi omağa tələsin
VTB (Azərbaycan) əmanət faizlərini 11.75%-dək qaldırdı
"Leqallaşdırma hesabına gəlirlərin məbləği üç dəfədən çox artıb"
AFB Bank mobil tətbiqində yenilik: Mono Digital kart artıq tam ödənişsiz və onlayn sifarişlə!
PMD Group və Zaha Hadid Architects-dən gələcəyə yönələn yeni layihə!














.jpg)






