“Rabitəbank” məcmu kapitalı barədə açıqlama yaydı
31 may 2020-ci il tarixinə Bankın məcmu kapitalı 104 milyon manat təşkil edir ki, bu da tələb olunan minimum kapital tələbindən (50 milyon manat) iki dəfə çoxdurAktivlərinə görə ölkənin 10 ən böyük banklardan biri olan “Rabitəbank” ASC 31 may 2020-ci il tarixinə əsasən maliyyə göstəricilərini açıqlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, cari ilin 5 ayı ərzində bank aktivləri 26% artaraq 934 milyon manata çatmışdır.
Bundan əlavə cari ilin əvvəli ilə müqaisədə "Rabitəbank"ın kredit portfeli 4% artaraq 400 milyon manata çatmışdır.
Qeyd olunan dövr ərzində bankda olan müştəri depozitlərinin həcmində də ciddi artım müşahidə edilmişdir. Belə ki, müştəri əmanətləri ilin əvvəlindən 32%, yəni 165 milyon manat artaraq 686 milyon manat təşkil etmişdir.
Bu göstəricilərlə yanaşı bankın 31 may 2020-ci il tarixinə məcmu kapitalı 104 milyon manat təşkil edir ki, bu da tələb olunan minimum kapital tələbindən iki dəfə çoxdur. Hal-hazırki maliyyə göstəricilərinə əsasən “Rabitəbank” stabil və dinamik inkişaf trendini qoruyub saxlamaqla yüksək likvidlik və güclü kapital mövqeyinə malikdir.
Məlumatda qeyd edilib ki, 2019-cu ildə il korporativ imicini yeniləyən “Rabitəbank” fəaliyyət dairəsini daim genişləndirməkdədir. Biznesin inkişaf etdirilməsi ücün kreditlərlə yanaşı bank coxfunksiyalı mobil tətbiqi və unikal keşbək sistemli “Kartmane” kartı ilə müştərilərini rahat bankçılıq imkanları ilə təmin etmişdir.
"Rabitəbank", Azərbaycanın 16 regionu və Bakı şəhərində 25 xidmət məntəqəsi və 68 ATM-i, "Rabitabank Mobile" adlı mobil əlavəsi, İnternet Bankinq və "RabitaBot" adlı çatbotu, 133 nömrəli Çağrı Mərkəzi ilə müştərilərin xidmətindədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
8 d. əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
-
29 d. əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
52 d. əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 56 d. əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 3 saat əvvəl
-
4 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Aprelin 15-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib














.jpg)









