Kapital Bank-ın yeni filialı istifadəyə verilib
Kapital Bank filial şəbəkəsinin optimallaşdırılması layihəsi çərçivəsində Bakı şəhəri, Əhmədli qəsəbəsi, Ramiz Quliyev küç., 4 ünvanında yerləşən Bravo hiper marketdə yeni 91-ci filialını istifadəyə verdi. Müştərilər yeni konsepsiya əsasında təmir edilən filialda müasir bank xidmətlərindən istifadə edə bilərlər. Filial bazar ertəsi–cümə günü saat 11:00-dan 20:00-dək, şənbə və bazar günləri isə 11:00-dan 21:00-dək fəaliyyət göstərəcək.
Kapital Bank həmçinin yeni filialda Bravo marketlə birgə müştərilərə kredit aksiyası təqdim edir. Şərtlərə görə hiper marketdə məişət texnikası əldə edən müştərilər ilk 3 ay ərzində faizsiz ödəmə imkanı əldə edirlər. Bu aksiyadan bütün müştərilər faydalana bilər. Kredit 12 ay müddətə rəsmiləşdirilir.
Qeyd edək ki, Kapital Bank filial şəbəkəsinin transformasiyası istiqamətində müəyyən tədbirlər həyata keçirir. 2017-ci ildə yeni Buzovna şöbəsi fəaliyyətə başlayıb, Həzi Aslanov, Qubadlı və Göyçay filialları yeni ünvana köçürülüb. Bankın yenilənmiş filiallarında vahid korporativ interyer dizayn standartları tətbiq edilib və bu proses hazırda davam etməkdədir. Cari ildə daha bir sıra şəhər və region filiallarının yeni konsepsiyaya uyğun əsaslı təmir olunması, yeni filial və şöbələrin açılması planlaşdırılır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan Kapital Bank, 91 filialı və 4 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















