Kapital Bank Sberbank ilə əməkdaşlığını davam etdirir
Kapital Bank Rusiyanın nəhəng bankı olan Sberbank ilə pul köçürməsi sahəsində əməkdaşlıq edir.
Əməkdaşlıq çərçivəsində Kapital Bank, Sberbank tərəfindən tərtib edilən mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmə sisteminə qoşulub.
Hazırda Kapital Bank-a məxsus kartlara Sberbank-ın sayt və mobil tətbiqi vasitəsilə pul köçürmək mümkündür. Bu üsulla maksimum məbləği sutka ərzində 50 000 Rusiya rublu (800 ABŞ dolları) həddində olan köçürmələr zamanı 1% (minimum 30 Rusiya rublu) komissiya haqqı tutulur. Sberbank-ın sayt və mobil tətbiqi üzərindən köçürmələr Rusiya rublu valyutasında icra edilir, kartlara isə Kapital Bank-ın kursuna əsasən manat valyutasında mədaxil olunacaqdır.
Qeyd edək ki, müxtəlif bankların müştəriləri arasında mobil telefon nömrəsi vasitəsilə ani pul köçürmələri sistemi Sberbank tərəfindən keçən ilin əvvəllərində tətbiq olunub. Bu sistemə həmçinin Tacikistanın, Qırğızıstanın, Özbəkistanın və digər ölkələrin bankları da qoşulub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 5 gün sonra
- 18 saat əvvəl
-
- 18 saat əvvəl
- 19 saat əvvəl
-
1 gün əvvəl
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
-
1 gün əvvəl
Sabah Investment Group Azərbaycanın adını dünya lüks xəritəsinə yazdırır
-
1 gün əvvəl
Bakıda yeni Xiaomi 17T seriyasının təqdimat tədbiri keçirilib - QİYMƏTLƏR
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 7 GÜN
Tramp: “İrandan çox qısa müddətdə çıxacağıq”
Azərbaycan neftinin son qiyməti
Baku Electronics-də "Vəziyyət Qırmızıdır" - rəflər boşalmadan fürsəti dəyərləndirin
Putin hələ ki Zelenski ilə görüşməkdə bir məna görmədiyini deyib
Dünya ərzaq qiymətləri mayda təxminən sabit qalıb
5 ayda yeni nəsil kassa aparatları ilə qeydə alınan dövriyyə 12 milyard manatdan çox olub
Geologiya İnstitutunun direktoru vəzifəsindən azad edilib
İlk 5 ayda Vergi Xidməti 130,3 milyon manat çox olmaqla 7 milyard 825 milyon manat yığıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?




















