Bank BTB Audit Hesabatını açıqladı
(©️) Bank BTB KPMG Audit Azərbaycan şirkəti tərəfindən təsdiqlənmiş və beynəlxalq maliyyə hesabat standartlarına cavab verən 2019-cu il üzrə maliyyə hesabatını açıqlayıb: https://bit.ly/3cs0t7m
Bank BTB-nin xalis mənfəəti kəskin artıb. Bank BTB 2019-cu ili 3 milyon 033 min manat xalis mənfəət ilə başa vurub. 2018-ci il ilə müqayisədə 2019-cu ildə Bankın xalis mənfəəti 21% artaraq 3 milyon 033 min manat təşkil edib. Qeyd edək ki, Bank BTB 2018-ci ili 2 milyon 500 min manat xalis mənfəət ilə başa vurmuşdur.
Bank BTB-nin gəlirlərində artım müşahidə edilir. Bankın maliyyə göstəricilərinə əsasən qeyd edək ki, Bank BTB-nin 2019-cu ildə cəmi gəlirləri 30 milyon 497 min manat, cəmi xərcləri isə 27 milyon 464 min manat təşkil edib.
Kredit portfelində artım. 2019-cu ilin sonunda müştərilərini kredit məhsulları ilə təmin edən Bank həmin dövr ərzində kredit portfelini 17% artıraraq ümumi kredit portfelini 225 milyon 844 min manata çatdırmağa nail olmuşdur.
Depozit porfelində artım. Həmçinin, 2019-cu il ərzində bankın depozit portfeli 146 milyon 021 min manata çatıb. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14% artmışdır.
Faiz və qeyri-faiz gəlirlərində artım müşahidə olunub. Belə ki, Bank BTB-nin faiz gəlirləri ötən ilin bu dövrü ilə müqayisədə 19 milyon 572 min manatdan 22 milyon 507 min manata, qeyri-faiz gəlirləri isə 6 milyon 546 min manatdan 7 milyon 990 min manata yüksəlmişdir.
Faiz və qeyri-faiz xərclərində artım. Müqayisə olunan dövrdə Bank BTB-nin faiz xərcləri 10 milyon 887 min manatdan 11 milyon 952 min manata, qeyri-faiz xərcləri isə 12 milyon 731 min manatdan 15 milyon 512 min manata çatmışdır.
Müştəri portfeli artıb. Müştəri portfelini genişləndirən Bank BTB 2019-cu il ərzində fiziki şəxs müştərilərinin sayında 24%, hüquqi şəxs müştərilərinin sayında 30%, plastik kartların sayında 31% artıma nail olmuşdur.
Bank BTB-nin məcmu kapitalı artıb. 2019-cu il ərzində Bank BTB-nin I dərəcəli kapitalının adekvatlıq əmsalı 23.68%, məcmu kapitalının adekvatlıq əmsalı 27.86% təşkil edib. Beləliklə, Bankın kapital adekvatlığı göstəriciləri tənzimləyici orqanın müəyyən etdiyi normalardan dəfələrlə yüksək olub.
İşçilərinin sayında artım müşahidə edilib. Ötən il Bankın işçilərinin sayı 51 nəfər artaraq 386 nəfərə çatıb.
Nizamnamə kapitalı. 2019-cu il 31 dekabr tarixinə əsasən nizamnamə kapitalı 66 milyon 450 min manat təşkil edir
Məlumat üçün, Bank BTB 2010–cu ildə təsis olunub və universal bank olaraq bütün növ bank xidmətlərini göstərir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 3 gün sonra
-
- 2 d. əvvəl
- 12 d. əvvəl
- 19 d. əvvəl
-
57 d. əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
- 2 saat əvvəl
-
12 saat əvvəl
"Artıq 6 aydır ki, sülh şəraitində yaşayırıq. Bu, xüsusi bir hissdir"
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
"SOCAR AQŞ" növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SpaceX - xAI müqaviləsindən sonra Maskın xalis sərvəti ilk dəfə 850 milyard dolları keçib
"Dedollarizasiya prosesinin sona qədər getməsini istəmirik"























