Nazir: “Estoniya bank sahəsində Azərbaycanla əməkdaşlıqda maraqlıdır”
Estoniya bank sektorunda Azərbaycana əməkdaşlıq qurmağı təklif edir. Bu barədə Estoniyanın dövlət idarəçiliyi naziri Mixail Korb bəyan edib.
“Biz bank sektorunda da əməkdaşlıq qura bilərik. Bu sahə Estoniyada kifayət qədər inkişaf edib. Düzdür, Azərbaycanın bank sektoru ilə tanış deyiləm, lakin deyə bilərəm ki, Estoniyada bu sahə İT texnologiyaların aparıcı qüvvəsidir. Hesab edirəm ki, bu istiqamətdə əməkdaşlıq üçün böyük potensialımız var”, - deyə M.Korb müsahibəsində bildirib.
O, İT texnologiyalar sahəsində Bakı ilə Tallin arasında əməkdaşlığı yüksək qiymətləndirib.
"Bu gün biz İT sahəsində Azərbaycanla sıx əməkdaşlıq edirik. Yalnız bununla kifayətlənmək istəmirik. Kənd təsərrüfatı, maşınqayırma, energetika, logistika sahələrində əlaqələrin inkişafında maraqlıyıq“, - deyə o vurğulayıb.
Nazir xatırladıb ki, aprelin 7-də Bakıda Azərbaycan-Estoniya Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair əməkdaşlığın müxtəlif sahələrini əhatə edən protokol imzalanıb.
“Komissiyanın yekunlarına dair protokol imzalandı. Sənəddə müxtəlif maddələr var. Konkret olaraq, onlar praktiki əhəmiyyət daşıyırlar. Misal üçün, ASK və ya mallar və ərzaqa nəzarət sahəsində həll olunmayan məsələlər var. Yəni, gələcək 2 il ərzində Komissiyanın növbəti iclasına qədər həll etmək üçün kifayət qədər məsələ var”, - deyə estoniyalı nazir qeyd edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















