Bu il Azərbaycan vətəndaşları Türkiyədən 361 mənzil alıblar
2020-ci ilin May ayında Azərbaycan vətəndaşları Türkiyədən 42 mənzil alıblar. Bu say ötən ilin eyni ayı ilə müqayisədə 2 dəfədən çox azdır. Belə ki, Azərbaycan vətəndaşları 2019-cu ilin May ayında Türkiyədən 90 mənzil almışdılar.
Marja Türkiyə Statistika Komitəsinə istinadən xəbər verir ki, cari ilin yanvar-may aylarında (ilk 5 ayda) Azərbaycan vətəndaşları Türkiyədən 361 mənzil alıblar. Ötən ilin eyni dövründə alışlar 464 mənzil təşkil etmişdi.
Koronavirus pandemiyası ilə əlaqədar olaraq səfərlərin dayandırılması Türkiyədən məznil alışlarına mənfi təsir edib.
2020-ci ilin ilk 5 ayda Türkiyədən ən çox mənzili İran (2230), İraq (2102), Rusiya (864) və Əfqanıstan (746) vətəndaşları alıblar.
May ayında İran vətəndaşları Türkiyədən 209 mənzil satın alıblar. İranın ardınca 143 mənzil ilə İraq, 48 mənzil ilə Əfqanıstan, 46 mənzil ilə Çin və 42 mənzil ilə Azərbaycan vətəndaşları gəlir.
Mayda xaricilərə edilən mənzil satışları keçən ilin eyni ayı ilə müqayisədə 78,1% azalaraq 860 olub. Yanvar-May dövründə isə xaricilərə mənzil satışları ötən ilin eyni dövrü ilə müqayisədə 27% azalaraq 12 min 598 təşkil edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb




















