"Mingəçevir süşə lifi" beşinci dəfə investisiya müsabiqəsinə çıxarıldı
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) "Mingəçevir süşə lifi" ASC-nin səhmlərinin 98%-ni təkrar investisiya müsabiqəsinə çıxarıb. Bu barədə qurumun məlumatında bildirilir.
Nominal dəyəri 2 manata bərabər olan 241,888 min səhmin satışı üzrə müsabiqədə həm yerli, həm də xarici investorlar iştirak edə bilərlər.
Müsabiqə iştirakçıları tərəfrindən hazırlanmış investisiya proqramına yüksək keyfiyyətli şüşə lifi və digər kimyəvi məhsulların istehsalı; yeni texnolojiyaların tətbiqi; istehsal edilən məhsulun keyfiyyətinin və çeşidinin artırılması;q oyulacaq investisiyanın həcmi, istiqamətləri və müddəti; yeni iş yerlərinin açılması və işçilərin sosial təminatının yaxşılaşdırılması üzrə təkliflər daxil edilməlidir.
İnvestisiya proqramının ümumi dəyəri 3 mln. manatdab az olmamalıdır.
Müsabiqənin qalibi müəssisənin səhmləri üçün dövlət büdcəsinə ən azı 450 min manat köçürməlidir.
Müsabiqənin qalibi ilə səhmlərin alqı-satqısına dair müqavilə müsabiqənin nəticələrinin təsdiq olunduğu andan 30 gündən gec olmayaraq imzalanmalıdır. Müqavilə imzalandıqdan sonra müsabiqənin qalibi 60 gün ərzində müsabiqə təklifində nəzərdə tutulmuş səhmlərə görə vəsaiti dövlət büdcəsinə köçürməlidir, bəyan edilmiş sərmayənin həcminin 5%-ni SC-nin hesabına köçürməlidir. Həmçinin, investosoya müsabiqəsinin qalibi 30 ün ərzində məsləhətçiyə 2,845 min manat məbləğində xidmət haqqı ödəməlidir.
Müsabiqə üzrə təkliflərin qəbulu 18 may 2017-ci ilə qədər aparılacaq. Təkliflərin qiymətləndirilməsi mayın 19-da keçiriləcək.
Xəbər verildiyi kimi, ƏMDK bu müəssisənin səhmlərinin 97,78%-ni dörd dəfə investisiya müsabiqəsinə çıxarıb: 2007-ci ilin mayında, 2010-cu ilin mayında və 2011-ci ilin fevralında və 2013-cü ilin fevralında. Lakin müəssisənin səhmlərinə alıcı tapılmayıb.
"Mingecevir süşə lifi" ASC Mingəçevir şəhərində yerləşir.Müəssisə 1965-ci ildə istifadəyə verilib.O şüşə lifinin, elektik izolə edici şüşələrin və şüşə lentlərin istehsalı üzrə ixtisaslaşıb. Müəssisədə 4 nəfər çalışır.
Müəssisənin nizamnamə kapitalı 2017-ci il martın 1-nə 494,78 min manat təşkil edib.
2017-ci il martın 1-nə müəssisənin öhdəlikləri 728,185,182 min manat, debitor borcları 137,139 min manat təşkil edib.
© İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 d. əvvəl
-
-
1 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Heç bir bankda qeyri-faiz gəlirləri qeyri-faiz xərclərini qarşılamayıb - CƏDVƏL
- 2 saat əvvəl
-
2 saat əvvəl
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Tesla-dan böyük qiymət endirimi
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı
“Unibank”da növbədənkənar yığıncaq keçiriləcək
Gəncə Avtomobil Zavodu uşaq evinin yeniyetmələrinin işlə təminat layihəsinə başlayıb
Azərbaycanın şirkətlər qrupu 92 yaşlı "qocanı" işə qəbul etdi


























