"CDB Bank" ləğv edilərək "AtaBank"a biləşdirilir
“ATABANK” və “CASPİAN DEVELOPMENT (CDB) BANK” ASC-lərin səhmdarlarının Ümumi Yığıncaqlarının qərarlarına əsasən “CASPİAN DEVELOPMENT(CDB) BANK” ASC-nin yenidən təşkil şəklində ləğv edilərək “ATABANK” ASC-yə qoşulması ilə əlaqədar Müşahidə Şurasının sədri vəzifəsinin müvəqqəti icrası Fərəh Məmmədovaya, İdarə heyətinin sədri vəzifəsi isə Dəyanət Quliyevə həvalə edilmişdir. Bu barədə "Marja"ya "AtaBank"ın mətbuat xidmətindən bildirilib.
Həmin bankların yenidən təşkili ilə əlaqədar aktivlərin qiymətləndirilməsinin aparılmasına dair “PWC” beynəlxalq konsaltinq şirkəti ilə ilkin razılaşma əldə edilmişdir.
Həmçinin, “ATABANK” və “CASPİAN DEVELOPMENT(CDB) BANK” ASC-lər tərəfindən yenidən təşkil faktı dövlət qeydiyyatına alınana qədər, bütün kontragentlərlə bağlanılmış mülki-hüquqi müqavilələr üzrə öhdəliklərin icrası hər bir bank tərəfindən ayrı-ayrılıqda davam etdiriləcəkdir.
“CDB Bank”dan məlumatın doğru olduğunu "Marja"ya təsdiqlədilər:
“Birləşdirilmə müddətində müştərilərə layiqli xidmət göstəriləcək. Müştərilərimiz narahat olmasınlar”,- Bankdan bildirildi.
KÖVSƏR BANKIN VARİSİDİR
“Caspian Development Bank (CDB)” Açıq Səhmdar Cəmiyyəti 1988-ci ildə “Universal Bank” Kommersiya Bankı kimi Azərbaycan Respublikasında qeydiyyatdan keçmiş ilk kommersiya banklarından biridir. 24 sentyabr 2001-ci il tarixdə bankın adı dəyişilərək "Kövsər Bank" ASC, 26 yanvar 2015-ci il tarixdə isə “Caspian Development Bank (CDB)” ASC adı altında yeni lizensiya alınmışdır.
“Caspian Development Bank (CDB)”ın sahibi “Synergy Group”dur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb























