Unibank biznes sahibləri üçün mobil əlavəni təqdim etdi
Unibank Azərbaycan bank xidmətlərində bir ilkə imza atıb.
Bank fərdi sahibkarlar üçün Unibank Mobile BUSİNESS əlavəsini istifadəyə verib. Bu isə o deməkdir ki,Unibank müştərisi olan fərdi sahibkarlar istədikləri yerdən və istənilən vaxt bizneslərini idarə edə biləcəklər. Bu xidmət bankın müştərisi olan fərdi sahibkarlara banka gəlmədən, 24/7 Unibankdakı hesablarını idarə etmək, bankın digər xidmətlərindən faydalanmaq imkanı verir.
Unibank Mobile BUSİNESSfərdi sahibkarlara hansı imkanları yaradacaq?
-Kartlarında və hesablarında olan vəsaitlərin idarə edilməsi;
-Kartlar, hesablar, depozitvə kreditləriilə bağlı istənilən məlumatı almaq;
-Kart və hesab üzrə çıxarışın əldə edilməsi;
-Kartlar və hesablar arası köçürmələr, Unibankın digər müştərisinə köçürmələr etmək;
-Kredit, kommunal, internet və digər ödənişlərin həyata keçirilməsi;
Bankın istənilən filialı, ödəmə terminalı və bankomatlarını tapmaq, gündəlik valyuta kurslarından, bank yenilikləri və kampaniyalardan ən tez xəbər tutmaq;
Valyuta kurslarından xəbərdar olmaq;
Günün istənilən vaxtı banka məktub yazmaq.
Yaxın günlərdə Unibank Mobile BUSİNESS daha da təkmilləşəcək. Fərdi sahibkarlar vergi, gömrük rüsumlarını və DSMF-yə ödənişlərini də bu mobil əlavə ilə edə biləcəklər.
Unibank Mobile BUSİNESS –lə istənilən yerdə işinizin başında olun!
Unibank Mobile BUSİNESS İOS və Android platformalarında işləyir. Öz planşetinizə və smartfonunuza Unibank-ın mobil bank xidmətini bu linkdənhttp://onelink.to/um-business yükləyə bilərsiniz.
Fərdi sahikarlar Unibank Mobile BUSİNESS mobil əlavəsinə Asan İmza vasitəsi ilə və Unibankın filiallarında qoşula biləcəklər.
Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az , https://twitter.com/unibank) əldə etmək olar.
Unibank Mobile –Bankdan daha yaxın!
Unibank-hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb



















