"Karantin rejimi tətbiq olunmasa, yoluxma 2-3 qat artıq olardı"
“Sərt karantin rejimi yoluxmaların sayını stabil saxlamağa imkan verib ”.
Bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
R. Bayramlı deyib ki, karantin rejimi tətbiq olunmasa, yoluxma 2-3 qat artıq olardı: “Tətbiq edilən karantin rejimi ilə yoluxmanın səviyyəsini sabit saxlamağa nail olmuşuq”.
Ramin Bayramlı bildirib ki, hHazırda koronavirus infeksiyasına yoluxmuş xəstələrdən 267 nəfəri reanimasiyada müalicə alır, xəstələrdən 59 nəfəri süni aparat ilə nəfəs alır.
Qeyd edək ki, indiyədək ölkədə ümumilikdə 19 267 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 10 820 nəfər müalicə olunaraq sağalıb, 235 nəfər vəfat edib, 8 212 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
"Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib".
“Son həftələr daha gənc insanlarda da letal, yəni ölüm halları artır”,- Ramin Bayramlı bildirib.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, yanaşı xəstəliyi olmayan insanlarda da letal hallar artır: “Bu, virusun mutasiyaya uğraması ilə izah edilir. Ailə şəklində xəstəliyi ağır keçirənlər çoxdur”.
R. Bayramlı nəzərə çatdırıb ki, yoluxanların 54 faizi qadın, 46 faizi kişilərdir: “Bu, yas yerlərində toplaşma ilə bağlıdır. Elə yas yeri var ki, 84 nəfər yeni yoluxan və təmasları aşkar edilib”.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
- 3 d. əvvəl
-
- 5 d. əvvəl
- 14 d. əvvəl
-
28 d. əvvəl
“Bank Respublika”dan Beynəlxalq Təhlükəsiz İnternet Günündə müştərilərə tövsiyələr
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
-
1 saat əvvəl
"Bir sıra internet oyunlarına Azərbaycanda qadağa qoyulması barədə düşünməliyik"
-
1 saat əvvəl
Sərnişinlərin fərdi qəza sığortası ilə bağlı yeni layihələr hazırlanıb
- 1 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
Rusiya “Telegram”ı bloklamağa başlayıb
2025-ci ildə bp-nin mənfəəti 16 faiz azalıb
Qlobal əmlak məsləhət şirkəti Azərbaycanda ofis icarəsində peşəkar yanaşma təklif edir
Ən çox oxunanlar
Fevralın 11-də gözlənilən hava şəraiti




























