Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Azərbaycanda biznesə dəstəyi “AccessBank”la həyata keçiririk"

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Azərbaycanda biznesə dəstəyi  “AccessBank”la həyata keçiririk"
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

“Avropa İnvestisiya Bankının Azərbaycanda kredit portfeli 96 milyon avro təşkil edir. Bank əsasən kiçik və orta sahibkarlığa maliyyə dəstəyi göstərir. Maliyyələşdirmə özəl sektorun inkişafı, yeni iş yerlərinin açılması və ölkə vətəndaşlarının həyat səviyyəsinin artırılması üçün AİB-ın Azərbaycanda əsas tərəfdaşı, həmçinin kiçik və orta biznesə xidmət göstərən “AccessBank” vasitəsilə həyata keçirilir.”

Bu sözləri AİB-ın mətbuat xidmətinin rəhbəri Duşan Ondreiçka bildirib. O, həmçinin vurğulayıb ki, təmsil etdiyi təşkilat Azərbaycan və onun Avropa İttifaqı ilə münasibətlərinə müsbət təsir göstərən layihələrə dəstək olmaqda davam edəcək.

Qeyd edək ki, Avropa İnvestisiya Bankı (AİB) “AccessBank”ın əsas səhmdarlarından biridir. Bank, Avropa Birliyinin uzunmüddətli kredit təşkilatıdır və AB üzv dövlətlərinə məxsusdur. AİB həm Avropada, həm də onun hüdudlarından kənarda Avropa İttifaqının siyasətinə dair məqsədlərə töhfə vermək məqsədi ilə sabit investisiya yatırımlarına uzunmüddətli maliyyə vəsaitləri təqdim edir. Avropa İnvestisiya Bankı təxminən 160 ölkədə fəaliyyət göstərir.

Avropa İnvestisiya Bankı
06.07.2020 15:37

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Desktop_Manset_sag_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18

Ən çox oxunanlar