“Expressbank”ın vəziyyəti məlum oldu
“Expressbank” ASC 2017-ci ilin 1-ci rübünü 2 milyon 636 min manat xalis mənfəət ilə başa vurub. Halbuki, bank 2016-cı ilin 1-cü rübündə 705 min manat zərər, 2016-cı ilin yekunları üzrə isə 439 min manat xalis mənfəət açıqlamışdı.
“Marja” xəbər verir ki, yanvar-mart dövründə Bankın cəmi gəlirləri 10 milyon 77 min manat təşkil edib ki, bu da ötən ilin anoloji dövrü ilə müqayisədə 26% azdır. Bank 2016-cı ilin 1-cü rübündə 13 milyon 625 min manat cəmi gəlir əldə etmişdi.
Bank ötən ilin 1-ci rübündə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 6 milyon 84 min manat ayırdığından zərər etmişdi. "Expressbank" bu ilin yanvar-mart dövründə 2 milyon 171 min manat əməliyat mənfəətindən başqa, ehtiyatlardan 465 min manat azad edib.
AKTİVLƏRİ VƏ KAPİTALI ARTIB
31 Mart 2017-ci il tarixinə "Expressbank" 290 milyon 626 min manat cəmi aktivlərə, 145 milyon 620 min manat cəmi öhdəliklərə, 145 milyon 7 min manat cəmi kapitala malik olub. Bank ötən ilin sonunda 286 milyon 822 min manat cəmi aktivlərə, 144 milyon 789 min manat cəmi öhdəliklərə, 142 milyon 32 min manat cəmi kapitala malik idi.
Bankın maliyyə hesabatları ilə ətraflı buradan tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















