Ölkəyə yeni sayğaclar gətirilib
Ötən il smart-kart tipli sayğacların alınmasına dair keçirilən açıq müsabiqədə (tender) qalib gələn Almaniyanın “Zenner” şirkətinin istehsalı olan smart kart tipli müasir sayğacların 200 ədədi Azərbaycana gətirilib. Yaxın günlərdə pilot layihə çərçivəsində bu sayğacların test sınaqlarına başlanılacaq.
Məlumat üçün bildirək ki, bu günə qədər istismarda olan smart-kart tipli sayğacların istehsalçısı Fransanın “İtron-Gallus” şirkəti son açıq müsabiqədə qalib gəlməyib. Almaniyanın “Zenner” şirkətinin təqdim etdiyi bəzi məqamlar diqqət çəkib və onlar üstünlük qazanıblar.
Belə ki, innovativ texnologiyalara inteqrasiya, təklif olunan münasib qiymət sərfəli şərtlər kimi qəbul olunub. Bundan başqa “Azəriqaz” İB-nin mütəxəssislərinin tövsiyələrinə də adı çəkilən şirkət müsbət reaksiya verib.
Hazırda Bakıya gətirilən yeni smart-kart tipli sayğaclarda təmin olunan texniki tələblər aşağıdakılardan ibarətdir: Əvvəlki istehsalçıdan fərqli olaraq “Zenner” qaz ölçü qurğularının proqram təminatını “Azəriqaz” İstehsalat Birliyinə təhvil verəcək. Üzərində son tamamlanma işləri aparılan Milli Proqram yeni sayğaclarda baş verməsi ehtimal olunan istənilən nasazlığı dərhal aradan qaldırmağa imkan yaradır.
Bu proqram əsasında bundan sonra da istənilən şirkətlə əməkdaşlıq edilərsə, texniki idarəetmə imkanları Birlikdə qalacaq. Hər bir sayğacın kartı üzərində gələcək.
Qurğu abonentin ünvanında quraşdırılarkən, kartın tanıdılması yerində icra ediləcək və abonent “ASAN xidmət” və ya “ASAN Kommunal” mərkəzlərinə cəmi bir dəfə - məlumatların abonent bazasına yerləşdirilməsi üçün gedəcək. Bununla da hazırda abonentlərin qarşılaşdıqları vaxt itkisi aradan qalxacaq.
Yeni qaz ölçü qurğusunun menyusunda əməliyyatlar sadələşdirilib.
Bütün əməliyyatlar iki toxunuşlu (sensor) düymə vasitəsi ilə aparılır. Məsələn, balans artırılarkən, “A” düyməsi basılır, kart sayğaca yaxınlaşdırılır və “B” düyməsi basılmaqla vəsait sayğaca yüklənilir. Bundan başqa əvvəlki smart kartlardan fərqli olaraq yeni sayğacların kartlarında məbləğ qaldığı halda belə 5 dəfə ardıcıl yükləmə aparmaq mümkündür. Yəni, əgər kartınızda 5 manatlıq vəsait varsa, onun üzərinə daha 5 manatın yüklənməsi üçün əvvəlki məbləğin sayğaca boşaldılmasına ehtiyac qalmır.
Kredit qaz həcminin alınması da sadə üsulda icra edilir.
Menyuda uyğun bölmə seçildikdən sonra bir toxunuşla kredit götürülür və dərhal sayğacın klapanı açılır. Bunun üçün başqa menyulara daxil olub hər hansı əlavə əməliyyat yerinə yetirilmir. Daha bir fərqli cəhət, klapanın açılması üçün əvvəlki sayğaclardakı kimi kipliyə yoxlanışa tələb olunan 190 saniyə geri sayım bu sayğaclarda yoxdur.
Yeni smart kartlar əməliyyatların arxivləşmə mənbəyi kimi də mühüm rola malikdir.
Belə ki, smart kart həm ödəniş və borclar, həm də nasazlıqlar barədə mərkəzi bazaya məlumatların ötürülməsi üçün əsas vasitə olacaq.
Qeyd edək ki, yeni sayğaclar barədə mütəmadi olaraq video görüntülü materiallar hazırlanaraq Birliyin sosial şəbəkə ünvanlarında və mətbuatda ardıcıl yayımları təşkil ediləcək. Pilot layihənin icrası zamanı ortaya çıxan bəzi məqamlar müvafiq komissiyanın rəyindən sonra istehsalçı şirkətlə bir daha müzakirə edilə bilər.
Nəzərinizə çatdıraq ki, "Azəriqaz" İstehsalat Birliyi smart kart tipli sayğacların alışından tam imtina etməyib. Çünki çoxmərtəbəli binalarda yalnız smart kart tipli sayğaclar quraşdırılır. Mexaniki sayğacların quraşdırılması isə əsasən rayon, kənd və yeni yaşayış massivlərindəki fərdi yaşayış evlərində həyata keçirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 5 gün sonra
- 1 saat əvvəl
-
-
1 gün əvvəl
“Sərmayə qoyuluşu ilə bağlı məsələlər bu gün ətraflı müzakirə edilmişdir” -BƏYANATLAR
-
1 gün əvvəl
“Həm Azərbaycanda, həm də Ukraynada hərbi sənaye kompleksi inkişaf edir“
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
- 2 gün əvvəl
-
2 gün əvvəl
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
-
2 gün əvvəl
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
-
2 gün əvvəl
Azercell Avtonom Şəbəkələr üzrə qlobal təşəbbüsə qoşulan regionun ilk operatoru oldu
- 2 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Xırdalanda qurulan VİDAL Özəl Sənaye Məhəlləsi diqqət çəkir
Aprelin 26-da gözlənilən hava şəraiti
“PAŞA Sığorta” mənfəətliliyini qoruyur
Unibankdan aprelin son şənbə aksiyası: 0 % komissiyalı kredit!
Zərəri 150 000 manata qədər qarşılayan sığorta var, qiyməti də 79 manatdan başlayır
Bank of Baku-dan 1 milyon ağac hədəfinə dəstək
Bakıda Atatürk və Atena parkları birləşdirilir - FOTOLAR
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Xalq Bank ağacəkmə askiyasında iştirak etdi
AZAL Naxçıvan biletlərini öncədən əldə etməyi tövsiyə edir












.jpg)







