Bakı Mühəndislik Universitetində ənənəvi "Maliyyə Günü"
BMU Maliyyə kafedrası Maliyyə ixtisasında təhsil alan tələbələrin akademik və sosial nailiyyətlərini daim diqqətdə saxlayır və təşviq edir. 17 Aprel tarixində Maliyyə kafedrası rəhbərliyi 2016-2017 tədris ili ərzində akademik və sosial fəaliyyətlərdə müvəffəq olan tələbələrin mükafatlandırılması tədbirini keçirmişdir.
Tədbirdə çıxış edən İqtisadiyyat və idarəetmə fakültəsinin dekanı Dr. Yaşar Ehtibarlı tələbələri əldə etdikləri nəaliyyətlərə görə təbrik edib və bildirib ki BMU-nin rəhbərliyi tələbələrin akademik və sosial fəaliyyətlərini dəstəkləyir və mövcud bütün imkanlarla tələbələrin arxasındadır.
Daha sonra çıxış edən Maliyyə kafedrasının müdiri Dos. Elçin Süleymanov Maliyyə ixtisası tələbə və məzunlarının uğurlarından nümunələr göstərərək bu ixtisasın perspektivindən və əmək bazarındakı iş imkanlarından danışıb. O qeyd edib ki, maliyyə ixtisası tələbələrinə dunyanın qabaqcıl “Big Four”a (Böyük Dördlük) daxil olan audit şirkətləri olan Pricewaterhous , Deloitte, Ernst & Young , KPMG kimi şirkitlərdən böyük diqqət var. Hazırda bir çox tələbəmiz bu şirkətlərdə təlim və praktika keçməkdədir. Hazırda Azərbaycan və ingilis dilində tədris aparılan maliyyə ixtisasında 300 dən çox bakalavr və 31 magistr tələbəsi təhsil almaqdadır və onlardan 11 nəfəri Prezident təqaudcüsü və 126 dövlət sifarişli və bakalavr tələbələrindən yüzə yaxını 600 baldan çox bal toplayaraq qəbul olmuşdur.
Maliyyə kafedrasının müdiri Dos. Elçin Süleymanov həmçinin qeyd edib ki, 2016-2017 tədris ili maliyyə ixtisası tələbələri və kafedra müəllimləri üçün uğurlu olmuşdur.
“2016-2017 tədris iləndə bu ixtisasın ingilis sektoruna dövlət sifarişi ilə qəbul olan tələbələrin minimum kecid balı 662 ilə 2-ci ixtisas qrupunda respublikada ən yüksək göstərici olmuşdur. Bu tədris ilində 2 tələbəmiz Azercell və PAŞA Bank təqaud müsabiqəsinin qalibi olmuşdur. Umumiyyətlə bu təqaudü əldə edən ondan çox maliyyə tələbəmiz var. Eyni zamanda bu tədris ilində 5 bakalavr və 1 magistratura tələbəmiz hazırda Avropadakı universitetlərdə bir semestrlik Erasmus mübadilə programı çərçivəsində təhsıllərını davam etdırməkdədir. Bir çox son kurs tələbəmiz hazırda Avropanın bir sıra qabaqcıl universitetlərindən magistratura programlarına qəbul almiş, 30 da artıq tələbəmiz beynəlxalq maliyyə və muhasibatlıq sertifikatları imtahanlarında yüksək müvəffəqiyyət göstərmiş və sertifikatlar almışdır. Maliyyə və muhasibatlıq sahəsində qazanılmış beynəlxalq sertifikatların məzunlarımızın gələcək karyeralarına böyük qatqısı olacaqdır”.
Maliyyə kafedrasının müdiri Dos. Elçin Süleymanov həmcinin qeyd etmişdir ki, kecən semestrin kafedra əməkdaşları üçün də məhsuldar olmuşdur. Əksəriyyəti xaricdə təhsil almış gənc əməkdaşlardan ibarət olan kollektivimizin 2016 cı ildə dünyanın ən mötəbər elmi nəşrlərində 5 elmi məqaləsi, 6 beynəlxalq konfrans nəşri və dörd kitabı nəşr olunmuşdur. Kafedra əməkdaşlarımızın Azərbaycan iqtisadiyyatı ilə əlaqəli tədqiqatları Renewable and Sustainable Energy Reviews, Economic Modelling , Economies MDPI , Expert Journal of Economics, Academic Journal of Economic Studies kimi impact factorlu məşhur elmi jurnallarda nəşr olunmuşdur ki , bu jurnallardan bəzilərinin impact faktoru hətta 8 ə yaxındır və bu Azərbaycan elmi üçün böyük töhvədir .Daha sonra 2016-2017 tədris ili birinci semestr ərzində hər kurs üzrə müvəffəqiyyətləriylə seçilmiş tələbələr elan edilib və akademik ortalamasına görə birinci olan tələbələrə dəyərli hədiyyələr verildi. Keçən semestr ortalaması 99.5 olan 3-cü kurs ingilis sektoru tələbəsi İlahə Məmmədova ixtisas birincisi elan edildi. Tədbirin sonunda tələbələrə söz verilib, sualları cavablandırılıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
-
2 gün sonra
Şəxsiyyət vəsiqəsi ilə, zaminsiz, arayışsız kreditə elə indi müraciət et ®
- 2 gün sonra
-
- 23 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
-
1 saat əvvəl
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
-
1 saat əvvəl
Neftçalada Xəzər dənizinə 400 min ədəd nərə cinsli balıq körpəsi buraxılıb
-
1 saat əvvəl
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
-
1 saat əvvəl
Rusiyada miqrantların evlərinə göndərdiyi puldan 3 faiz vergi tutula bilər
Son Xəbərlər
İş elanlarına bax - azvak.az
Gəlirli strategiyanı CFI ilə yarat - TİCARƏTƏ BAŞLA ®
XalqKartda faiz hesablanan qalıq məbləği artırıldı
"Azərkosmos"dan 11 milyon dollarlıq ixrac
AZAL Atırau və Aktöbə şəhərlərinə müntəzəm reyslərə başlayır
Birbank inklüziv bankçılıq imkanlarını genişləndirir: İşarət dili ilə xidmət artıq filiallarda
Ən çox oxunanlar
Avropa İttifaqında 150 avroyadək dəyəri olan bağlamalar üçün gömrük rüsumları qüvvəyə minib
Azərbaycanda son altı ildə dövlət satınalmalarının dəyəri 10,8 milyard manata yüksəlib
Azərbaycan Hava Yolları Brüsselə birbaşa uçuşlara başlayır
"AccessBank" Oracle Software Update 2026 üzrə tender elan edir

























