Bankların Palataya ödəyəcəyi illik məbləğlər açıqlandı
UNİBANK MOBİLE - BANKDAN DAHA YAXIN
Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) "Maliyyə bazarlarında nəzarət edilən subyektlər tərəfindən Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasına ödənilən haqların tənzimlənməsi Qaydaları"nı təsdiq edib. Qaydaya əsasən palataya ödənilən haqlara nəzarət subyektləri tərəfindən MBNP-yə ödənilən dövri ödənişlər və yığımlar daxildir.
Dövri ödənişlər hər bir nəzarət subyekti tərəfindən fəaliyyət istiqaməti və fərqləndirmə meyarı nəzərə alınmaqla ödənilən haqlar, yığımlar isə nəzarət subyektlərinin qanunla müəyyən edilmiş vəzifəli şəxslərinin attestasiyası və palatanın əməkdaşları tərəfindən növbədənkənar (əlavə) yoxlamaların keçirilməsi ilə bağlı ödənilən haqlardır. Fərqləndirmə meyarı bank və bank olmayan kredit təşkilatlarının aktivlərinin, sığortaçı və təkrarsığortaçılara illik daxil olan haqların həcmi nəzərə alınmaqla dövri ödənişlərinin hesablanması məqsədi ilə aparılan qruplaşdırmada əsas götürülən meyardır. Palataya banklar, bank olmayan kredit təşkilatları, poçt rabitəsinin milli operatoru, sığortaçılar və təkrarsığortaçılar, fond birjaları, investisiya şirkətləri, mərkəzi depozitar, klirinq təşkilatları, investisiya fondları, investisiya fondunun idarəçisi, investisiya fondunun depozitarı, kredit büroları, lotereya təşkilatçıları (stimullaşdırıcı lotereyalar istisna olmaqla) və idman mərc oyunlarının operatorları tərəfindən haqlar ödənilir.
Nəzarət subyektlərinin illik dövri ödənişi də müəyyənləşdirilib. Cəmi aktivləri 1 mlrd. manatdan çox olan banklar sabit olaraq palataya 800 min manat, cəmi aktivləri 500 mln. - 1 mlrd. manat arası olan banklar 500 min manat, cəmi aktivləri 500 mln. manatdan az olan banklar 300 min manat, cəmi aktivlər 20 mln. manatdan çox olan banklar 50 min manat illik dövrü ödəniş etməlidir.
Bank olmayan kredit təşkilatlarına gəlincə, cəmi aktivlər 20 mln. manatdan çox olan bank olmayan kredit təşkilatları üçün sabit illik dövrü ödəniş 50 min manat, cəmi aktivləri 3-20 mln. manat arası olan bank olmayan kredit təşkilatları üçün 30 min manat, cəmi aktivləri 3 mln. manatdan az olan bank olmayan kredit təşkilatları üçün 15 min manat müəyyənləşdirilib.
Banklar və bank olmayan kredit təşkilatları üçün fərqləndirmə meyarları onların əvvəlki ilin 31 dekabr tarixinə olan aktivləri əsas götürülərək hesablanacaq.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 18 saat əvvəl
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















