“Diadem” tikinti şirkəti barəsində cinayət işi başlandı
Abşeron rayon prokurorluğu fəhlənin binadan yıxılaraq ölməsi faktı ilə bağlı məlumat yayıb.
Prokurorluqdan verilən məlumata görə, avqustun 18-də saat 14 radələrində rayon ərazisində inşa olunan hündürmərtəbəli yaşayış binasından ustanın yıxılaraq aldığı xəsarətlərdən ölməsi barədə Abşeron rayon prokurorluğuna məlumat daxil olub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
İlkin araşdırmalarla müəyyən olunub ki, həmin gün saat 13 radələrində 1992-ci il təvəllüdlü Hüseynov Savalan İmamverdi oğlu “Diadem” MMC tərəfindən rayonun "Stansiya Sumqayıt" adlı yaşayış massivində inşa olunan hündürmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsində suvaq işləri görərkən yıxılaraq aldığı xəsarətlərdən ölüb.
Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 222.3-cü (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, o cümlədən zəruri ekspertizalar təyin olunub.
Hazırda iş üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 5 gün sonra
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Liviyada 20 milyard dollarlıq neft sazişi
Azercell “Biznesim” paketlərini yenilədi
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
Ən çox oxunanlar
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib






















