383 milyonluq məhsul istehsal edilib, 95 milyon manatlıq hissəsi ixrac olunub
İqtisadiyyat Nazirliyi KİV nümayəndələri üçün Sumqayıt Kimya Sənaye Parkına infotur təşkil edib.
“Sumqayıt Kimya Parkı” MMC-nin direktoru Nazim Talıbov media nümayəndələrinə Azərbaycanda fəaliyyət göstərən sənaye parkları, o cümlədən Sumqayıt Kimya Sənaye Parkı və onun rezidentləri barədə məlumat verib. Bildirilib ki, Cənubi Qafqazın ən böyük sənaye parkı olan Sumqayıt Kimya Sənaye Parkının hazırda 23 rezidenti var. Rezidentlər tərəfindən Sənaye Parkına indiyədək 2,9 milyard ABŞ dolları həcmində investisiya yatırılıb və növbəti mərhələdə daha 245 milyon ABŞ dollarından çox investisiyanın yatırılması nəzərdə tutulur.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri tərəfindən istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, bir sıra ölkələrə də ixrac olunur. Ümumilikdə Sənaye Parkında istehsal olunmuş 1,9 milyard manatdan çox dəyərdə məhsulun satışı həyata keçirilib ki, bunun da təqribən 32%-i ixrac edilib.
KİV nümayəndələri Sumqayıt Kimya Sənaye Parkının ilk rezidenti olan “Azertexnolayn” MMC-nin Texniki adadanlıqlar zavodunda istehsal prosesi ilə də tanış olublar. “Azertexnolayn” MMC-nin direktoru Tofiq Məmmədov bildirib ki, bu yaxınlarda müəssisədə daha bir məhsulun - avtodayanacaqlarda istifadə olunan çuqun töküm yağış barmaqlıqların istehsalına başlanıb. Yeni məhsul Rusiya Federasiyasının sifarişi ilə istehsal olunur. Media təmsilçilərinə məlumat verilib ki, “Azertexnolayn” MMC-nin hazırda Sənaye Parkında Texniki avadanlıqlar zavodu ilə yanaşı, daha 2 müəssisəsi - Polad boru və Polietilen məmulatları zavodları da fəaliyyət göstərir. Bu zavodlarda qabaqcıl texnologiyalar əsasında müxtəlif diametrli polad borular, yüksək təzyiqə davamlı hidrotexniki avadanlıqlar, xüsusi təyinatlı müxtəlif diametrli polietilen borular istehsal edilir. Müəssisələrdə indiyədək 383 milyon manatdan çox məhsul istehsal edilib və 95 milyon manatlıq hissəsi ixrac olunub.
Sumqayıt Kimya Sənaye Parkının və “Azertexnolayn” MMC-nin rəhbərləri KİV nümayəndələrini maraqlandıran sualları cavablandırıblar.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 gün sonra
-
-
5 saat əvvəl
Ən çox qazandıran Dubay və Əbu-Dabi layihələri - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
Dünyanın ən böyük suveren fondu son 2 ilin ən yüksək gəlirliliyini göstərib
-
6 saat əvvəl
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
- 9 saat əvvəl
-
10 saat əvvəl
22 bankdan 5-nin balans kapitalı 240 milyon manatdan çox olub - SİYAHI
- 10 saat əvvəl
- 12 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
"Novex Group" Gulfood beynəlxalq qida sərgisində iştirak edir.
Tramp: Pauell milli təhlükəsizliyimizə zərər verir
Ən çox oxunanlar
Tam yeni Toyota Hilux artıq Toyota Abşeronda
Bakı–Tbilisi–Qars üzrə müqavilələr imzalandı
Mərkəzi Bankın baş direktorlarından biri müşavir vəzifəsinə keçirilib, yerinə təyinat olub
Sərfəli şərtlərlə qızıl təminatlı kredit
Tbilisidə BTQ dəmir yolunun təhvil-təslimi üzrə yekun aktın imzalanması müzakirə olunub
Qəbələdə nəhəng pivə və sərinləşdirici içki zavodu tikiləcək - Nazir şirkətin sahibilə görüşdü
"FNC BOKT" da 15 faizlə borc alır


















