Türkiyənin tanınmış fondu Azərbaycanda - Startaplara 5 milyon dollar ayırdı
Türkiyənin tanınmış "Boğaziçi Ventures" vençur fondu Azərbaycan startaplarına ilkin olaraq 5 milyon dollar investisiya fondu müəyyən edibAzərbaycanda ilk dəfə İnnovasiyalar Agentliyində startapları və innovativ layihələri maliyyələşdirən beynəlxalq vençur fondunun nümayəndəliyi fəaliyyətə başlayıb.
Marja xəbər verir ki, açılış mərasimində Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral, “Boğaziçi Ventures” fondunun İdarə Heyətinin üzvü və Azərbaycan nümayəndəliyinin rəhbəri Turan Alməmmədov iştirak edib.
Tədbirdə İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli Azərbaycanda innovasiya və yüksək texnologiyalar sahəsinin inkişafı ilə bağlı görülə biləcək işlər və gələcək planlar barədə məlumat verib. Eyni zamanda yerli startapların “Boğaziçi Ventures” fondu ilə geniş əməkdaşlıq perspektivləri haqqında danışılıb.
İnnovasiyalar Agentliyinin tərtib etdiyi startap təsnifatlandırılmadan keçərək A və B kateqoriyalarına təyin olunan bütün startaplar “Boğaziçi Ventures” fondunun Azərbaycandakı startapların inkişafı üçün ayırdığı 5 milyon ABŞ dolları həcmində olan investisiya fonduna müraciət edə bilər. Startaplara investisiya qərarı beynəlxalq standartlar çərçivəsində “Boğaziçi Ventures”in daxili qiymətləndirmə siyasətinə əsasən veriləcək.
Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral öz çıxışında qeyd edib ki, dövlət başçısı tərəfindən müəyyən edilmiş siyasətə uyğun olaraq ölkənin davamlı inkişafını təmin etmək üçün qeyri-neft sektoru, o cümlədən informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsi sürətlə inkişaf etdirilir. Bu səbəbdən Türkiyə dövləti olaraq innovasiyaların inkişafına daima dəstək göstərməyə hazır olduqlarını bildirib.
“Boğaziçi Ventures” fondunun İdarə Heyətinin üzvü və Azərbaycandakı nümayəndəliyinin rəhbəri Turan Alməmmədov Türkiyənin ən böyük texnoloji vençur fondu olan "Boğaziçi Ventures"in qiymətləndirməsinə əsaslanaraq, Azərbaycanda informasiya texnologiyalarının inkişaf tempinin regionda vençur fondunun fəaliyyəti üçün əlverişli şərait yaratmasına dair ətraflı məlumat verib.
“Boğaziçi Ventures”in əsas hədəfi Azərbaycanın startap layihələrinə maliyyə dəstəyi göstərərək onların sürətli inkişafını və xarici bazarlara çıxışını təmin etməkdir. Son illər ərzində yerli startapların aktiv böyüməsi nəticəsində bölgəyə diqqətin cəlb olunması və vençur fondunun Azərbaycanda fəaliyyətə başlaması regionun ümumi iqtisadiyyatını gücləndirməklə yanaşı, ölkəmizin regionun texnoloji mərkəzinə çevrilməsində mühüm rol oynayacağı gözlənilir.
Mətbuat konfransında, həmçinin jurnalistlərin nümayəndəliyin gözlənilən fəaliyyəti və Azərbaycandakı startap ekosisteminin gələcəyi ilə bağlı sualları cavablandırılıb.
Açılış mərasimində Agentliyin “Sponsorlar və tərəfdaşlar” guşəsinə Türkiyə Respublikasının Azərbaycandakı Səfirliyinin və “Boğaziçi Ventures” fondunun lövhələri əlavə olunub.
Qeyd edək ki, “Boğaziçi Ventures” texnologiya sahəsində olan istedadlı komandalara sahib startaplara dəstək olmaq, onların uğurlarını qlobal səviyyəyə daşımaq məqsədilə 2013-cü ildə yaradılıb. Hədəfi ənənəvi sərmayənin gücünü və təcrübəsini innovativ və istedadlı təşəbbüskarlarla birləşdirməklə qabaqcıl, unikal texnologiyalar ilə məşğul olan startapları dəstəkləməkdir. İnvestorlar müxtəlif növ texnologiya sektorlarına (blokçeyn, maşın öyrənməsi, süni intellekt, “fintech”, “biotech” və s.) uyğun investisiya strategiyasına və xüsusi idarə heyətinə sahib olan “Boğaziçi Ventures”in vasitəçiliyilə texnologiya şirkətləri ilə körpü yarada bilirlər.
İnnovasiyalar Agentliyi haqqında:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı 6 noyabr 2018-ci il tarixli 325 nömrəli Fərmana əsasən, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyindəki İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin əsasında nazirliyin tabeliyində İnnovasiyalar Agentliyi formalaşdırılıb.
İnnovasiyalar Agentliyi yerli sahibkarlara müasir texnologiyaların və texnoloji avadanlıqların əldə olunmasında yardım göstərən, onların transferini təşkil edən, innovasiyaya əsaslanan elmi tədqiqatları dəstəkləyən, innovativ layihələri, o cümlədən, startapları stimullaşdıran, onları qrant, güzəştli kredit və vençur vasitəsilə maliyyələşdirən agentlikdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























