Fındıq istehsalçıları nazirə çətinlikləri və istəklərini bildirdilər
İstehsalçılar emal müəssisələri ilə fermerlər arasında “müqavilə əsaslı istehsal” razılaşmalarının imzalanmasını təklif edirlərKənd Təsərrüfatı Nazirliyində fındıq istehsalı və ixracı ilə məşğul olan fiziki və hüquqi şəxslərlə onlayn videokonfrans keçirilib.
Videokonfransda Kənd Təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin nümayəndələri, Azərbaycan Fındıq İstehsalçıları və İxracatçıları Assosiasiyasının üzvləri, fındıq emalı müəssisələrinin rəhbərləri, “Ata-baba” Fındıq İstehsal Kooperativinin üzvləri, Balakən, Zaqatala, Qax, Qəbələ və Xaçmaz rayonlarından olan fermerlər iştirak ediblər.
Görüşdə çıxış edən Kənd Təsərrüfatı naziri İnam Kərimov bildirib ki, görüşlərin məqsədi bu sahələrdə mövcud durumu dəyərləndirmək, fermerlərin üzləşdikləri çətinlikləri müzakirə edərək həllinə nail olmaqdır. Fındıqçılığın aqrar sektorda xüsusi yeri olduğunu deyən nazir fındıq məhsullarının ixracatda mühüm rol oynadığını xatırladıb, dövlətin subsidiya mexanizmi vasitəsilə bu sahənin inkişafına dəstək verdiyini bildirib.
Görüşdə yaxın günlərdə fındıq yığımının aktiv mərhələsinin başlayacağı xatırladılıb, fındıq istehsalı zamanı erkən yığımın yaratdığı problemlər, fermerlərlə emal müəssisələri arasında münasibətlər, bağlarda aqrotexniki qulluq tədbirlərinin daha da yaxşılaşdırılması, müxtəlif xəstəliklərə qarşı mübarizə işinin sistemli təşkili, fındıq ixracında aflatoksin problemi və digər məsələlər müzakirə olunub.
İştirakçılar fındığın yaş formada erkən yığımının məhsuldarlığa mənfi təsir etdiyini bildirib, bununla bağlı fermerlər arasında maarifləndirmə işlərinin aparılmasının vacibliyini vurğulayıblar. Qeyd olunub ki, məhsulun vegetasiya dövrü başa çatdıqdan sonra yığılması orta məhsuldarlığı 10% artırır. Bu səbəbdən fermerlər fındığı vaxtında yığsalar, daha çox məhsul götürə və daha çox gəlir əldə edə bilərlər. Görüşdə fındıq məhsulları üzrə milli standartların yaradılması, subsidiyaların emal müəssisələri tərəfindən alış aktları əsasında verilməsi, emal müəssisələri ilə fermerlər arasında “müqavilə əsaslı istehsal” razılaşmalarının imzalanması kimi təkliflər səsləndirilib.
Yekunda ölkədə fındıqçılığın daha da inkişafı üçün təkliflərin qısa müddət ərzində sistemləşdirilərək nazirliyə təqdim olunması qərar alınıb. Fındıq istehsalı və ixracatı işə məşğul olan fermer və sahibkarlar belə görüşlərin movcud çətinliklərin aradan qaldırılması istiqamətində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Qeyd edək ki, ölkədə fındıq istehsalı dövlət tərəfindən dəstəklənir. Aqrar Subsidiya Şurasının qərarına əsasən, intensiv fındıq bağlarının hər hektarına görə 400 manat, köhnə bağların hər hektarına görə isə 240 manat subsidiya ödənilir.
Hazırda Azərbaycanda fındıq bağlarının ümumi əkin sahəsi 79,5 min hektardır. Fındıq bağlarının 43,4 min hektarı və ya 54,6%-i bar verən yaşdadır.
Ötən il Azərbaycanda 53,8 min ton fındıq istehsal olunub. 2019-cu ildə Azərbaycandan qabıqlı fındıq ixracı əvvəlki ilə nəzərən 2.2 dəfə, fındıq ləpəsi ixracı isə 20.9% artıb. 2019-cu ildə cəmi fındıq ixracının 97.3%-i fındıq ləpəsinin, 2.7%-i isə qabıqlı fındığın payına düşüb.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
10 d. əvvəl
Bank of Baku-da işçilərin sayı ötən ilin ikinci yarısında sürətlə artıb
-
-
51 d. əvvəl
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
-
53 d. əvvəl
Onlayn kredit istifadəsində yeni tendensiya: Aylıq ödəniş hesablaması ön planda
- 53 d. əvvəl
- 55 d. əvvəl
-
1 saat əvvəl
“Diadem” şirkətinin mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
-
1 saat əvvəl
“Mərmər İnşaat”ın mənfəətinin bölüşdürülməsi barədə qərar qəbul ediləcək
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu BOKT-un əsas rəhbər heyətinin hər biri 11 min manata yaxın maaş alıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb
BOKT 11 milyon 550 min manat dividend elan edib
BOKT borc satışından 44,8 milyon manat zərər edib
Kredit portfeli yarıbayarı kiçilib, 44,8 milyon manatlıq zərər mənfəətini aşağı salıb
Xərclərini sıfıra endir! Qızmar yayda pulunu yandırma
Kürdəmirdə də "Bazarstore" açılacaq
“Günaydın” restoranı yeni filialını açır







.jpg)


.jpg)



.jpg)










