Azərbaycan şirkəti Ukraynada daşınmaz əmlak obyektləri inşa etməyi planlaşdırır
Ukraynada BASA City şəhərkənarı yaşayış kompleksi (Kiyev vilayətinin Xodosovka kəndi) layihəsini həyata keçirən Azərbaycanın “Caspian Service” tikinti şirkəti 2021-2022-ci illərdə ümumi sahəsi 150 min kv.m olan yaşayış və kommersiya daşınmaz əmlakının tikintisi sahəsində üç layihə həyata keçirməyi planlaşdırır. Bu barədə "İnterfaks-Azərbaycan" agentliyinin məlumatında deyilir.
“Caspian Service” şirkətinin İcraçı Direktoru Çingiz Kişiyevin sözlərinə görə, “nature friendly” formatının geniş yayılması ilə əlaqədar şirkət diqqəti Kiyev yaxınlığında sözügedən formatda azmərtəbəli binaların tikintisi layihələrinə yönəltmək niyyətindədir.
"Biz şəhərkənarı yaşayış kompleksi layihələrimizi şəhər sakinlərinin şəhər komfortu və müasir kommunikasiyaların bütün zəruri elementlərinin daxil edilə biləcəyi təbii sağlam və rahat yaşayış mühitinə qayıtması imkanı kimi nəzərdən keçiririk. Biz bazarda mənzil alıcılarının məhz bu cür layihələrə tələbinin formalaşmasını müşahidə edirik", - deyə şirkətin məlumatında Kişiyevə istinadən bildirilir.
Layihələrdə, həmçinin sosial infrastruktur obyektlərinin, supermarketlərin, apteklərin və çoxsəviyyəli parkinqlərin tikintisi də nəzərdə tutulub. Layihə üzrə ərazinin 2/3-dən çox hissəsinin rekreasiya zonalarının yaradılması üçün ayrılması planlaşdırılır. Layihələrə yatırılan investisiyaların məbləği razılaşdırılma mərhələsindədir.
“Caspian Service” 2001-ci ildə təsis olunub. Şirkətin portfelinə Azərbaycanda 71, Qazaxıstanda 6, Gürcüstanda 2, Polşada 1, Ukraynada 8 layihə daxildir. Yarandığı gündən etibarən şirkət tərəfindən təxminən 1,5 milyon kv.m sahə tikilərək istismara verilib.
“Caspian Service” şirkəti 2014-cü ildə Ukrayna bazarına daxil olub və 2018-ci ildə Kiyev yaxınlığında BASA City yaşayış kompleksi layihəsinin reallaşdırılmasına başlayıb. Birinci mərhələnin 2021-ci ilin I rübündə istismara verilməsi nəzərdə tutulub.
İnterfaks-Azərbaycan
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 24 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti






















