Bank BTB ipoteka kreditləri təklif edir
Bank BTB Azərbaycan İpoteka Fondunun (AİF) vəsaiti hesabına 100.000 AZN-dək ipoteka kreditləri təklif edir.
İpoteka kreditinin şərtlərinə əsasən adi ipoteka krediti 25 il müddətinə illik 8% dərəcəsi ilə, sosial ipoteka krediti isə 30 il müddətinə illik 4% dərəcəsi ilə verilir. İlkin ödəniş məbləği adi ipoteka krediti olan halda 20%, sosial ipoteka krediti zamanı isə 15% ödənilməlidir.
İpoteka krediti üçün tələb olunan sənədlərə şəxsiyyəti təsdiq edən sənəd və sənədin surəti, nikah (və ya nikahın pozulması) haqqında şəhadətnamə və sənədin surəti, bütün ailə üzvlərinin şəxsiyyət vəsiqələri və ya doğum haqqında şəhadətnamələri və həmin sənədlərin surəti, iş yerini və gəlirlərini təsdiq edən sənədlər, əmək müqaviləsi və ya əmək kitabçasının təsdiqlənmiş sürəti, ipoteka predmetinin qiymətləndirmə aktı aiddir.
Sosial ipoteka kreditindən gənc ailənin üzvü olan aşağıdakı şəxslər faydalana bilər:şəhid ailələrinin üzvləri, milli qəhrəmanlar (özü və ailəsi), məcburi köçkünlər və ya ona bərabər tutulan şəxslər, üç ildən az olmayan müddətdə dövlət qulluqçuları və elmlər namizədləri, idman sahəsində xüsusi xidmətləri olan şəxslər. Hərbiçilərə və ya elmlər doktoru elmi dərəcəsi olanlara qarşı ailə statusu tələbi yoxdur.
Ev sahibi olmaq istəyən şəxslər ilk öncə https://e-ipoteka.az/ saytından qeydiyyat keçib, ərizə formasını doldurmaqla Bank BTB-yə müraciət edə bilərlər. İpoteka krediti haqqında daha ətraflı məlumatla Azərbaycan İpoteka Fondunun rəsmi internet saytından http://www.amf.az/az/ və ya Bank BTB-nin rəsmi internet saytından www.btb.az tanış ola bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















