Nizamnamə kapitalından ən yaxşı istifadə edən investisiya şirkətləri
Azərbaycanda fəaliyyət göstərən 8 investisiya 2019-cu ili 2,484 milyon manat xalis mənfəətlə başa vurub ki, bu da onların bu il yanvarın 1-nə malik olduqları 8,505 milyon manat məbləğində nizamnamə kapitalının 29,2%-i qədərdir.
Ayrı-ayrı investisiya şirkətlərində isə sözügedən nisbət fərqlidir. Belə ki, ötən ildən mənfəətlə çıxmış 6 investisiya şirkəti arasında nizamnamə kapitalından ən yaxşı istifadə edəni "PAŞA Kapital" olub. Onun əldə etdiyi xalis mənfəət kapitalının 2,8 mislini təşkil edib. Baxmayaraq ki, "PAŞA Kapital" nizamnamə kapitalının məbləğinə görə, ölkədə 7-cidir.
Fəaliyyət effektivliyinə görə, 2-ci yeri "Unicapital" tutub. Bu investisiya şirkəti 2019-cu ildə kapitalının 1,3 misli qədər xalis mənfəət əldə edib. Halbuki, "Unicapital" nizamnamə kapitalının məbləğinə görə, 8 investisiya şirkəti arasında sonuncu yerdə qərarlaşıb.
3-cü yerə isə "İnvest-AZ" sahib çıxıb. Bu investisiya şirkətinin ötənilki xalis mənfəəti kapitalının 24,7%-i qədər olub. Bu arada, "İnvest-AZ" nizamnamə kapitalının məbləğinə görə, investisiya şirkətləri arasında liderdir.
№ | İnvestisiya şirkətinin adı | Şirkətin ötənilki xalis mənfəətinin / zərərinin nizamnamə kapitalına nisbəti |
1 | PAŞA Kapital | 2,8 dəfə |
2 | Unicapital | 1,3 dəfə |
3 | İnvest-AZ | 24,7% |
4 | PSG Kapital | 23,2% |
5 | Azfinance | 16,8% |
6 | Xalq Kapital | 16,1% |
7 | BTB Kapital | -0,6% |
8 | Plato Capital and Co. | -13,9% |
| Orta hesabla | 29,2% |
©️ Renkinq
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 38 d. əvvəl
-
-
22 saat əvvəl
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
-
1 gün əvvəl
SOCAR-ın prezidenti “DeGolyer and MacNaughton” şirkətinin sədrilə görüşüb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Astarada "qara bazar"da dəyəri 90 milyon dollardan artıq olan heroin aşkar edildi
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Maşınqayırma zavodu özəlləşdirilir - İnvestisiya müsabiqəsi elan edildi
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Marsol Group partnyorları Abşeron Ticarət Mərkəzini ziyarət etdi
Dövlət 3 bankda 550 milyon manat depozit yerlədirib
Azərbaycanda nikahların və doğulan körpə sayı azalıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Asiya İnkişaf Bankının prezidenti ölkəmizdə səfərdədir - Sahil Babayev ilə görüşü olub
Bakcell-in meqa lotereyasında 6-cı avtomobil sahibinə çatdı!
Premium mənzillərin faizsiz kreditlə satışı davam edir
Mercedes-Benz EQS — səssiz və güclü performans
Azərbaycan Rusiyaya nota verdi
Azərbaycanda minik avtomobili montajı kəskin azalıb












.jpg)








.jpg)


