“Nar”ın baş sponsorluğu ilə “Breyn Rinq”in yeni mövsümünə start verilir
(®️) Ölkənin ən maraqlı və baxımlı intellektual yarışı olan “Breyn Rinq”in 16-cı mövsümü “Nar”ın baş sponsorluğu ilə yenidən start götürür. Hər zaman gənclərin intellektual inkişafına xüsusi önəm verən “Nar”, artıq 8 ildir ki, “Breyn Rinq” intellektual yarışının baş sponsorudur. Bu mövsüm mübarizəyə ölkə üzrə 6 region və 6 universiteti təmsil edən 16 komanda qoşulub. Yarış hər həftənin cümə günü saat 19:50-də İctimai Televiziyada yayımlanacaq.
Builki mövsümün özəlliyi yarışın pandemiya şərtlərinə uyğun olaraq keçirilməsidir. Belə ki, hər buraxılışda tamaşaçıların iştirakı olmadan sadəcə iki komanda yarışacaq. Bundan başqa yarışda iştirak edən hər bir komanda və heyət üzvü çəkilişdən öncə COVİD-19 testindən keçməlidir.
Qeyd edək ki, “Bilik” kuboku və “Nar” tərəfindən təsis edilmiş “Nar” kubokunun qalibləri Azərbaycan çempionu titulu uğrunda yarışmaq hüququ əldə edir. Bu mövsüm isə komandalar “Bilik” kuboku uğrunda mübarizə aparacaq. “Bilik” kubokunu qazanan komanda isə ötən mövsüm “Nar” kubokunun qalibi olmuş “Nar” komandası ilə “Breyn Rinq 2020” Azərbaycan çempionu titulu uğrunda mübarizə aparacaq.
“Nar”ın təhsilin inkişafına yönəlmiş digər layihələri ilə Nar.az səhifəsindən tanış ola bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)










.jpg)




