Bu şirkətlərin “Bank Standard”da pulları qalıb - kreditorların adları açıqlandı
Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) ləğvedicisi olduğu “Bank Standard” QSC-də yaradılmış Kreditorlar Komitəsinin üzvlərinin siyahısını açıqlayıb.
“Report”un məlumatına görə, siyahıda Azərbaycanın aparıcı mobil rabitə operatoru (“Azercell Telecom” MMC), 2 sığorta şirkəti (“Standard Insurance” və “Qala Həyat Sığorta” ASC-lər), 1 bank olmayan kredit təşkilatı (“FINCA Azerbaijan” MMC), 1 lizinq şirkəti (“Unileasing” QSC”) və s. adı var.
Bundan başqa, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondu (SKMF), Xəzər Universiteti, eləcə də Azərbaycan Milli Elmlər Akademiyasının prezident Akif Əlizadə də “Bank Standard”ın kreditorları siyahısındadır.
Qeyd edək ki, “Bank Standard”ın Kreditorlar Komitəsinin ilk iclası aprelin 28-də, saat 15:00-da ADIF-in Bakı şəhəri, Xətai rayonu, Babək prospekti,16 ünvanında yerləşən inzibati binasında keçiriləcək. İclasın gündəliyinə Kreditorlar Komitəsinin Əsasnaməsi ilə tanışlıq, Komitə sədrinin və iclasın katibinin seçilməsi, Komitənin iş planının hazırlanması, növbəti iclasın tarixi və gündəliyinin müəyyən edilməsi məsələləri daxildir.
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















