Birləşən banklarda pulu olan əmanətçilərin nəzərinə
Əmanətlərin Sığortalanması Fondu ictimaiyyətin diqqtətinə çatdırır ki, “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununun 27.9-cu maddəsinə əsasən iştirakçı banklar birləşmə və ya qoşulma şəklində yenidən təşkil olunduqda əmanətçinin varis banka keçmiş hər bir əmanətinə müqavilə müddəti qurtaranadək ayrıca əmanət kimi baxılır və ayrı-ayrılıqda kompensasiya ödənilir.
"Misal olaraq, qeyd edək ki, əmanətçinin Fonda üzv olan “AAA” və “XXX” bankının hər birində 20 min manat məbləğində qorunan əmanəti var və əmanət müqavilələrinin müddəti iki ildən sonra başa çatır. Əmanət müqavilələrinin qüvvədə olduğu vaxtda “AAA” bankı “XXX” bankına qoşulmaqla ləğv edilir. Qoşulmadan 6 ay sonra isə “XXX” bankında sığorta hadisəsi baş veririr. Bu halda Fond tərəfindən əmanətçiyə 40 min manat məbləğində kompensasiya ödəniləcək.
Qeyd edilən misal, əmanətlərin tam sığortalanmaması halı üçün əhəmiyyətlidir. Belə ki, əmanət qorunan əmanət kateqoriyasına aid edildiyi halda hazırda qüvvədə olan “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun 5.1-ci maddəsinin tələblərinə uyğun olaraq tam məbləğdə kompensasiya olunduğu üçün “Əmanətlərin Sığortalanması Fondunun iştirakçı banklarında sığorta hadisəsi baş verdikdə tam sığortalanmış əmanət üzrə kompensasiya əmanətin 100 faizi həcmində “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun 26.1-ci maddəsində nəzərdə tutulan şərt tətbiq edilmədən ödənilir.
Misal olaraq, əmanətçinin Fonda üzv olan “AAA” və “XXX” bankının hər birində 100 min manat məbləğində qorunan əmanəti var. “AAA” bankı “XXX” bankına qoşulmaqla ləğv edilir. “Əmanətlərin tam sığortalanması” haqqında Qanunun qüvvədə olma müddəti ərzində “XXX” bankında sığorta hadisəsi baş verir. Bu halda Fond tərəfindən əmanətçiyə hər bir əmanət müqaviləsi üzrə 100 min manat olmaqla ümumilikdə 200 min manat məbləğində kompensasiya ödəniləcək",- Fondun məlumatında deyilir.
Xatırladaq ki, aprelin 18-də "AtaBank" və "CDB Bank" səhmdarlarının ümumi yığıncaqlarının qərarlarına əsasən "CDB Bank" ASC-nin yenidən təşkil şəklində ləğv edilərək "AtaBank" ASC-yə qoşulur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















