Bank “BTB”dən yeni kredit məhsulu - aylıq 2,84 faizlə
Əhalinin təcili nağd pula olan ehtiyacını qarşılamaq məqsədilə Bank “BTB” ASC yeni “Qızıl təminatlı kredit” məhsulunu təklif edir.
Bankdan “Marja”ya daxil olmuş məlumata görə, qızıl və ya qızıl zinət əşyalarını girov qoyaraq, müştərilər bankdan nağd pul əldə edə biləcəklər. Lombard müəssisələrindən fərqli olaraq Bank “BTB” “Qızıl təminatlı kredit” məhsulunu daha sərfəli və etibarlı şərtlər ilə təqdim edir.
Krediti almaq üçün tələb edilən sənəd kimi yalnız şəxsiyyət vəsiqəsi kifayət edir. Gəlirləri təsdiq edən sənəd tələb olunmur. Kredit qızıl və ya qızıl zinət əşyalarının girova qoyulması əsasında verilir. Əşyalar bank tərəfindən təyin olunmuş qiymətləndirici tərəfindən qiymətləndirilir.
Kreditin maksimal məbləği 5000 AZN, maksimal müddəti isə 24 aydır. Kredit üzrə aylıq faiz dərəcəsi 2,84%-dir. Müştəridən cari iş fəaliyyəti, staj, həmçinin zamin tələbi yoxdur.
Bank xidmətləri haqqında Məlumat Mərkəzi (012) 946 qısa nömrəsindən, rəsmi sayt www.btb.azvə ya bankın www.facebook.com/bankbtb ünvanında olan Facebook səhifəsindən ətraflı məlumat almaq mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















