PAŞA BANK: “Müştərilərin bank seçmək meyarı dəyişib”
2016-cı il PAŞA Bank üçün uğurlu olub.
“Marja”nın məlumatına görə, bunu Çərşənbə axşamı keçirilmiş mətbuat konfransında Bankın İdarə Heyətinin sədri Taleh Kazımov bildirib.
“2016-cı ildə müştərilərə dəstək olmağa çalışmışıq. Bu da müştərilərin məmnunluğuna gətirib çıxardıb. Müştərilərimizin də sayı artmaqdadır. Əgər 2014-cü ildə korporativ müştərilərimizin sayı 700 idisə, 2016-cı ilin sonunda say 2200-dən çox olmuşdur”.
Taleh Kazımov qeyd edib ki, artıq müştərilər bank seçərkən maliyyə göstəricilərinə də fikir verirlər:
“2015-2016-cı illərdə bizə daha aydın məlum oldu ki, müştərilər üçün Bankın maliyyə vəziyyəti də önəmlidir. Müştərilər bank seçərkən maliyə göstəricilərinə də baxırlar. 2016-cı ilin nəticələri göstərir ki, PAŞA Bankın maliyyə vəziyyəti güclüdür”.
Sədr əlavə edib ki, PAŞA Bank Azərbaycan bankları arasında ən yüksək reytinqlərə malikdir.
Taleh Kazımov qeyd edib ki, PAŞA Bank 2016-cı ildə fərdi bankçılıq bölməsi fəaliyyətə başlayıb və Bankın fərdi müştərilərinin də sayı artmaqdadır.
İdarə Heyətinin sədri bildirib ki, PAŞA Bankın müştərilərinin əməliyyatlarının 60%-i İnternet Bankinq ilə aparılmışdır.
“Yeni filiallar açmaqdansa daha çox internet bankçılıq sahəsində fəaliyyət göstərməyi nəzərdə tuturuq”, - o deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















