"PAŞA Bank" maliyyə çağırışları səbəbindən Sumqayıtda filial açılışını təxirə salıb
"PAŞA Bank" Sumqayıtdakı filialının açılışını təxirə salıb.
Bunu bankın İdarə Heyətinin sədri Taleh Kazımov deyib.
Onun sözlərinə görə, Sumqayıt filialının açılmaması maliyyə çağırışları ilə əlaqədardır. "Bundan başqa, biz Sumqayıtda fəaliyyət göstərən müştərilərimizi araşdırdıq. Məlum oldu ki, onların əksəriyyətinin baş ofisi Bakıda yerləşir. Belə qərara gəldik ki, onlara Bakıda bankın baş ofisində xidmət göstərilməsi daha əlverişlidir. Buna görə də biz onlara elə Bakıda xidmət göstərəcəyik", - deyə o qeyd edib.
Bankın baş maliyyə inzibatçısı Xəyalə Nağıyevanın sözlərinə görə, 2016-cı ilin sonuna "PAŞA Bank"ın konsolidə olunmuş gəlir vergisi 18 mln. 500 min manat təşkil edib: "Bu rəqəmin 15 milyon manatı Azərbaycandakı fəaliyyətimizin payına düşür. Bundan başqa, 505 min manat da digər vergilər üzrə ödəniş həyata keçirilib".
©APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















