“Bank Avrasiya” zərərin astanasında
“Bank Avrasiya”nın mənfəəti kəskin azalıb“Bank Avrasiya” ASC bu ilin yanvar-sentyabr aylarını 196 min manat mənfəətlə başa vurub. Bankın maliyyə hesabatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 96,7% və yaxud 30,2 dəfə azdır.
9 ay ərzində "Bank Avrasiya"nın gəlirləri 9,3 milyon manat (illik müqayisədə 3,6% az), xərcləri 4 milyon 969 min manat (8,4% az), xüsusi ehtiyatlara ayırmaları 4 milyon 135 min manat (1 il bundan əvvəl qənaət edib) təşkil edib. Bank mənfəət vergisi ödəməyib.
Bu il oktyabrın 1-nə “Bank Avrasiya”ın aktivləri 153 milyon 803 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 6,4% azdır. Bunun 94 milyon 494 min manatı müştərilərə verilmiş xalis kreditlərdir. Son 1 ildə Bankın kredit portfeli 20,5% böyüyüb.
Hesabat dövründə “Bank Avrasiya”nın öhdəlikləri 10,9% azalaraq 84 milyon 4 min manata, o cümlədən depozit portfeli 18,5% azalaraq 38 milyon 219 min manata, balans kapitalı isə 0,4% azalaraq 69 milyon 799 min manata düşüb.
Xatırladaq ki, "Bank Avrasiya" 2007-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 50 milyon manatdır. Bankın səhmlərinin 37,5%-i "Euro Standard" MMC-yə ("Xalq Bank" ASC-nin 33,85%-lik, "Xalq Sığorta" ASC-nin 50%-lik səhmdarı), 37,5%-i "PDM Qrup" MMC-yə, 25%-i isə "Azbizneskom" MMC-yə məxsusdur.
“Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
14 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 14 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)







.jpg)






