SOCAR-ın reytinqinin proqnozu aşağı salındı
"İlkin ssenarimizdə Dağlıq Qarabağ münaqişəsinin SOCAR-ın biznesinə və ya likvidliyinə məhdud təsirini gözləyirik, lakin mənfi risklər istisna edilə bilməz"."S&P Global Ratings" ("S&P") beynəlxalq reytinq agentliyi SOCAR-ın reytinqini "BB-" səviyyəsində təsdiqləyib, reytinq üzrə proqnozu isə "stabil"dən "mənfi"yə endirib.
Agentliyin yaydığı məlumata görə, dövlət şirkəti olan SOCAR-ın proqnozunun "mənfi"yə endirilməsi Azərbaycanın yerli və xarici valyutada emitentin uzunmüddətli və qısamüddətli defolt reytinqi ("BB+/B") üzrə proqnozunun "stabil"dən "mənfi"yə endirilməsi ilə əlaqələndirilir.
Agentlik qeyd edir ki, Azərbaycanın kredit ödəmə qabiliyyətinin azalması halında, dövlət SOCAR-a dəstəyi azaltmalı olacaq. Hazırda davam edən Dağlıq Qarabağ münaqişəsi də dövlətin maliyyələşdirmə prioritetini dövlət şirkətlərinə yatırılan investisiyalardan hərbi ehtiyaclara dəyişə bilər.
Buna baxmayaraq, "S&P"yə görə, böyük həcmdə dövlət dəstəyinə baxmayaraq, SOCAR-ın borclarının cəmi 10%-i dövlət tərəfindən təmin olunur. Bundan əlavə, dövlətlə əlaqəli qurumları idarə etmək məqsədilə bu ilin avqustunda yaradılan Azərbaycan İnvestisiya Holdinqinin SOCAR üçün hər hansı bir təsiri hələ aydın deyil, çünki holdinqə veriləcək əmlak siyahısı və holdinqin rolu hələ dəqiqləşməyib.
"İlkin ssenarimizdə Dağlıq Qarabağ münaqişəsinin SOCAR-ın biznesinə və ya likvidliyinə məhdud təsirini gözləyirik, lakin mənfi risklər istisna edilə bilməz. Bu mərhələdə əsas ssenaridə SOCAR-ın işçilərinin təhlükəsizliyinə, daxili əməliyyatlara, ixracata, istehsal aktivlərinə və ya likvidliyinə birbaşa ziyan dəyəcəyini gözləmirik, çünki bunu proqnozlaşdırmaq çətindir. Hazırda SOCAR-ın daxili əməliyyatları, ixracatı və kapital xərcləri fasiləsiz davam edir və əlavə təhlükəsizlik xərcləri hökumətin üzərinə düşür", - deyə "S&P" bildirir.
Agentliyə görə, SOCAR rəhbərliyi Trans-Adriatik Boru Kəmərinin (TAP) 2020-ci ilin noyabr ayında planlaşdırılmış istismar tarixlərində hər hansı dəyişiklik gözləmir. Eyni zamanda, şirkət yerli və beynəlxalq banklardan cəlb edilən borcların maliyyələşdirilməsini davam etdirir və nağd pulu yerli banklarda saxlayır:
"Lakin münaqişənin davam etdiyi halda, şirkətin aktivlərinin zərər görməsini, zəif yerli tələbatı və borcların ödənilməsində gecikmələri istisna etmirik. Hazırda yerli bank sisteminin nisbətən zəif keyfiyyətini nəzərə alaraq, SOCAR-ın nağd pul vəsaitlərinin 25% azalmasını gözləyirik. Bu səbəbdən SOCAR-ın avtonom kredit profilini "b-" səviyyəsinə endirdik".
Mənfi ssenariyə görə, şirkətin kredit reytinqinin Azərbaycanın kredit reytinqinə bağlı olması səbəbindən dövlətin maliyyə dəstəyinin azalması halında yaranacaq problemləri nəzərə alaraq, SOCAR-ın reytinqi endirilə bilər. Bundan əlavə, reytinqin azalması yerli maliyyə sisteminin zəifləyəcəyi və bunun nəticəsi kimi, SOCAR-ın nağd pul ehtiyatlarının böyük hissəsinin əlçatmaz olduğu təqdirdə baş verə bilər.
APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 16 saat sonra
-
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 5 saat əvvəl
-
5 saat əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Ən çox oxunanlar
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq




















