“Azərpoçt” ötən ili mənfəətlə başa vurub
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Azərpoçt” MMC 2019-cu ili 2 milyon 721 min manat xalis mənfəətlə başa vurub. Halbuki, şirkət 2018-ci ildən 1 milyon 156 min manat zərərlə çıxmışdı.
Ötən il “Azərpoçt”un gəlirləri 45 milyon 156 min manat (illik müqayisədə 1% az), xidmətlərinin maya dəyəri 26 milyon 306 min manat (10,8% az), sair əməliyyat gəlirləri 3 milyon 30 min manat (2,9 dəfə çox), əməliyyat xərcləri 18 milyon 452 min manat (2,2% çox), xarici valyutada mövqeyinin yenidən qiymətləndirilməsi üzrə gəlir çıxılmaqla zərəri zərəri 46 min manat (6,5 dəfə az), maliyyə gəlirləri 61 min manat (6,2 dəfə çox), mənfəət vergisi ödəmələri isə 601 min manat (12,7 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə “Azərpoçt”un aktivləri 186 milyon 361 min manat olub ki, bu da 1 il əvvələ nisbətən 26,6% çoxdur. Hesabat dövründə şirkətin öhdəlikləri 40,2% artaraq 127,148 milyon manata, balans kapitalı isə 4,8% artaraq 59 milyon 213 min manata çatıb.
Xatırladaq ki, “Azərpoçt” 1999-cu ildən fəaliyyət göstərən “Azərpoçt” Dövlət Müəssisənin bazasında yaradılıb. Onun nizamnamə kapitalı 73,344 milyon manatdır.
Marja.az Telegramda: https://t.me/marjaaz
"Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 16 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur






.jpg)






.jpg)








