"Türkiyə 2050-də ən böyük 10-cu iqtisadiyyat olacaq"
Bloomberg Economics-in qiymətləndirməsinə görə, Türkiyə 2050-ci ildə ən böyük iqtisadiyyatlar arasında 10-cu yeri tuta bilər.
Marja xəbər verir ki, Bloomberg iqtisadçıları Tom Orlik və Bjorn Van Royenin hazırladığı bir araşdırmaya görə, Çin 2035-ci ildə ABŞ-ı "taxtından" endirərək dünyadakı ən böyük iqtisadi və hətta siyasi güc olacaq. Lakin Çinin bu yüksəlişi on illərdir davam edən və on illər boyunca da davam edəcək bir "inqilabın" yalnız görünən qisimidir.
İqtisadçıların 39 ölkədən yığdıqları məlumatlarla əsasən apardıqları araşdırmaya görə, İkinci Dünya müharibəsindən bu yana davam edən sabitlik dövrünün sona çatır. İqtisadiyyatın ağırlıq mərkəzi qərbdən şərqə, yəni inkişaf etmiş bazarlardan inkişaf edən bazarlara sürüşür.
Araşdırmaya görə, dünya əhalisinin yarısına sahib olan Asiyanın iqtisadi böyüklüyü 2020-ci ildə dünya iqtisadiyyatını 35%-ni təşkil edəcək, 2050-ci ildə isə dünya iqtisadiyyatının yarısına çatacaq.
"Dünyanın ən böyük iqtisadiyyatlarından üçü Asiyadakı inkişaf edən bazarlardan olacaq" deyən iqtisadçılar, Türkiyə iqtisadiyyatının da 2050-ci ildə ən böyük onuncu iqtisadiyyat olmasını nəzərdə tuturlar.
Araşdırmada, dövlətlərin qarşıdakı illərdə iqtisadiyyatda daha böyük rol oynayacağı da qeyd edilib, sərbəst olmayan iqtisadiyyatların payının 2050-ci ildə 43%-ə yüksələcəyi təxmin edilir. 2020-ci ildə sərbəst olmayan iqtisadiyyatların payı 23% ətrafındadır.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 3 həftə sonra
-
-
11 saat əvvəl
Azərbaycan XİN TRIPP-in icrası üzrə çərçivə sənədinə münasibət bildirib
-
11 saat əvvəl
2025-ci ildə AZAL tərəfindən 4 milyon 160 min sərnişin daşınıb
-
12 saat əvvəl
"Qrenlandiyanın satın alınması ABŞ-a 700 milyard dollara başa gələ bilər"
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
- 13 saat əvvəl
-
13 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15 faiz olan istiqrazları 50 investor əldə etdi
- 14 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Dövlət “Şuşa Otel-Konqres Mərkəzi Kompleksi”ni müqavilə əsasında idarəetməyə verir - SƏRƏNCAM
Ən çox oxunanlar
"Kapital Bank"ın xalis mənfəəti 1,7 dəfə artıb
Azərbaycan dünya pasportları reytinqində 3 pillə yüksəlib
İnvestisiya bankçılığında yeni nailiyyətlər və investisiya xidmətlərinin daha da əlçatan edilməsi
Nestle şirkəti üzr istədi
Bank Gəncə filialı üçün mebel alır - TENDER
“Fizza Pay” şirkətinə icrası məcburi olan göstəriş verilib
Yeni il lotereyası davam edir: 3 000 000-a yaxın Birbanklı mənzil qazanmaq şansına sahibdir



















