Azərbaycan İstanbulda beynəlxalq sərgidə təmsil olunacaq
18-21 noyabr tarixlərində İstanbul şəhərində Türkiyənin Müstəqil Sənayeçi və İş Adamları Birliyinin (MÜSİAD) təşkilatçılığı ilə keçiriləcək “MUSİAD Expo 2020” Sərgisində Azərbaycanın işğaldan azad olunmuş torpaqlarının iqtisadi və investisiya potensialı nümayiş olunacaq.
Azərbaycan sərgidə İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə Qarabağ Azərbaycandır (Karabakh is Azerbaijan) stendi ilə təmsil olunacaq. Stend Qarabağın incisi olan Şuşa şəhərində yerləşən Yuxarı Gövhər Ağa məscidinin formasında dizayn edilib.
Sərgidə iştirakda məqsəd Azərbaycanın işğaldan azad olunmuş rayonlarının zəngin yeraltı və yerüstü sərvətləri, faydalı qazıntıları, turizm potensialı və mədəni irsi barədə Türkiyə və xarici investorları məlumatlandırmaq, bu ərazilərdə Azərbaycan dövləti tərəfindən həyata keçiriləcək geniş quruculuq və bərpa işlərinə, biznesin qurulmasına xarici investorları cəlb etməkdir.
“Karabakh is Azerbaijan” stendində işğaldan azad edilmiş rayonların mədəni irsini, iqtisadi və investisiya imkanlarını əks etdirən foto və video materiallar sərgilənəcək, eləcə də Azərbaycanın sənaye potensialına və rəqabətqabiliyyətli məhsullarına dair məlumatlar veriləcək.
Qeyd edək ki, “MUSİAD Expo 2020” sərgisində dünyanın 80-dən çox ölkəsindən olan şirkətlərin məhsulları, sənaye avadanlıqları nümayiş olunacaq, sərgi çərçivəsində bir sıra tədbirlər, o cümlədən beynəlxalq biznes forum, iş adamları arasında ikitərəfli görüşlər və s. keçiriləcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
4 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
5 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
5 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
6 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 6 saat əvvəl
-
7 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























