Koronavirusa qarşı bədəni gücləndirdiyi üçün dəvə südünə tələb artıb
Türkiyədə və Avropada dəvə südünə tələbin artdığı bildirilir. Səbəb bu südün koronavirusa yoluxmaq riskini azaltmasıdır.
Marja Türkiyə mətbuatına istinadən xəbər verir ki, dəvə südü istehsalçıları artan tələbdən məmnun olduqlarını söyləyirlər.
Türkiyədə dəvə südü istehsalının edildiyi az sayda yerlərdən biri olan Aydının İncirliova mahalındakı fermalar südün litrini 100 lirədən bazara təqdim edirlər. Dəvə südü Türkiyənin bölgələrinə və şoklanaraq xaricə göndərilir.
Dəvə fermasının sahibi Aytekin Kaya 40 dəvə saxladıqlarını bildirib. Kaya, dəvə saxlamağın çətin olduğunu vurğulayıb.
Dəvə süd Ərəbistan yarımadası və Şimal Afrikada çox məşhurdur.
Aytekin Kaya bildirib: "Dəvəçilik bizə babalarımzdan qalıb. Dəvə südünün faydaları barədə insanlarda məlumat artdığından bu məhsulu satışa çıxarmağa başladıq. Dəvə südündə C vitamini var və immunitet sistemini gücləndirir. Yeni növ koronavirusun immunitet sistemi zəif olanlara daha çox təsir etdiyi üçün, dəvə südünə tələb çox ciddi şəkildə artıb. Pandemiyadan əvvəl aylıq 300 litrə qədər satırdıq, indi bu rəqəm 600 litrə qədər çatır. Tələb çoxdur, hər kəsə kömək olmağa çalışırıq. Avropa ölkələrinə də şoklanmış vəziyyətdə göndəririk."
Qeyd edək ki, Avropada dəvə südünə maraq hər ötən gün artır. Dəvə südü yağ, zülal baxımından inək südünə bənzərdir ancaq içərisindəki bəzi birləşmələr dəvə südünü əhəmiyyətli edir. Dəvə südü qəbul edildiyi zaman bəzi xəstəliklərə qarşı bədəni qoruyur. İmmuniteti gücləndirici təsiri olmasına görə Covid-19 müddətində dəvə südünə tələb artıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
- 20 saat əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb





















