“Biz sahibkarların gömrük əməliyyatları işlərini asanlaşdırırıq” - MÜSAHİBƏ
"İşdən və evdən çıxmadan gömrük sənədləşmələrini onlayn olaraq həyata keçirə bilirik. Gömrük bəyannamələrinin ən qısa vaxtda hazır olması üçün sahibkarların sənədləri elektron poçt ünvanımıza göndərmələri kifayətdir".Mobil Group şirkətinin Direktoru Vüsal Xəlilovun Marja-ya müsahibəsi.
-“Sahibkarın dostu” olaraq ölkədə biznes fəaliyyətinə nələr vəd edirsiniz?
- Bəli, Mobil Group sahibkarın dostudur. Biz işimizə bu prizmadan yanaşırıq. Kiçik, orta, böyük fərq etməz, gömrük rəsmiləşdirilməsi və beynəlxalq daşıma xidmətinə ehtiyac duyulan istənilən biznes sahəsində sahibkara dəstək olmağa çalışırıq.
Gömrük rəsmiləşdirilməsi ilk baxışda mürəkkəb və çətin proses kimi görünsədə əslində sadə lakin məsuliyyətli işdir. Burada kiçik bir yanlışlıq böyük vaxt və pul itkisi ilə nəticələnə bilir. Biz öncədən müştərilərə ÖDƏNİŞSİZ KONSULTASİYA xidmətimizdən yararlanmalarını məsləhət görürük.
Ümumilikdə, bir biznesi zəncir kimi təsəvvür etsək, gömrük və logistika əməliyyatları onun ən vacib halqalarındandır. Biz çalışırıq, kənardan uzun və problemli iş kimi görünən bu əməliyyatlar sahibkara tam aydın olsun. Nəticədə, sahibkar bu vacib halqaları birləşdirməyi “etibarlı dostuna” rahatlıqla həvalə edə bilsin.
- Eyni zamanda broker və logistika xidməti göstərməniz müştərilərinizə hansı imkanları yaradır?
- Mobil Group olaraq partnyorlarımıza broker və logistika istiqamətində kompleks xidmətgöstəririk. Mobil Broker şirkəti gömrük xidmətlərində bizim müştərilərimizə təqdim etdiyimiz unikal və ciddi üstünlüklərimiz var. İstənilən xarici ünvandan yükün idxal edilməsi, həmçinin ölkədən istənilən xarici ünvana ixrac edilməsini həyata keçirir, paralel olaraq, bu prosedura uyğun gələn gömrük əməliyyatlarını yerinə yetiririk. İstər hüquqi şəxslər, istərsə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər bu proseslərin nə dərəcədə çətin və vaxt tələb edən işlər olduğunu yaxşı bilirlər. Biz, ayrılıqda iki böyük proses olan daşıma və rəsmiləşdirmə işlərini mümkün olduğu qədər paralel və sürətlə aparırırıq. Hər iki istiqamət üzrə kompleks xidmət göstərməmiz partnyorlarımızın işlərini asanlaşdırır, vaxt və xərclərinə qənaət etməsinə səbəb olur.

- Qeyd etdiniz ki gömrük xidmətlərində unikal üstünlükləriniz vardır. Maraqlıdır. Bu üstünlüklər nədən ibarətdir?
- Əsas üstünlüyümüz iş prosesinə TAM nəzarət etməmizdir. Bu sahibkarlarla əməkdaşlıqda prioritet mövzudur. Beləki digər bir neçə üstünlüyü sadalayıram. Gömrük bəyannaməsi imzalandıqdan sonra gömrük məmuru ilə əlaqə saxlayıb işin gedişatına proses sonlanana qədər nəzarət edirik.
Yük gömrük məmuru təyin olunmasının gecikməsinə və gömrük zonasında yaşana bilən problemlərə firmamızın əməkdaşları tərəfindən zamanında müdaxilə edilir.
CMR, TIR KARNET, Avia qaimə, gəmi qaiməsi və sair sənədlərin doğruluğunun kontrol edilməsinə, gətirilən yüklərin idxal rüsum kodunun düzgün təyin edilməsinə və müştəri lehinə xərclərə nəzarət edirik.
İşdən və evdən çıxmadan gömrük sənədləşmələrini onlayn olaraq həyata keçirə bilirik. Gömrük bəyannamələrinin ən qısa vaxtda hazır olması üçün sahibkarların sənədləri elektron poçt ünvanımıza göndərmələri kifayətdir.
Bundan başqa yüklərin daşınma xərcləri, gömrük rüsumları, yüklərin rəsmiləşdirilməsi və digər həyata keçiriləcək ödənişlərlə bağlı məlumatı öncədən təqdim edirik.
Yüklərin daşınmasında bir neçə həll yolu təklif edirik və ən optimal nəqliyyatın seçilməsində tövsiyyəmizi veririk.
Yəni biz, “Mobil Broker” və “Mobil Logistika” olaraq sahibkarların əsl dostu kimi onların gömrük prosedurunda qarşılaşa biləcəkləri bütün proseslərə onların lehinə nəzarət edirik.

- Bilirik ki, Mobil Group olaraq fəaliyyətinizdə marifləndirici mövqe tutmusunuz. Belə bir mövqe tutmanızda məqsəd nədir?
- Partnyorlarımızın maarifləndirilməsi Mobil Groupun fəaliyyətində əsas prioritet istiqamətlərindən biridir. Çünki gömrük rəsmiləşdirilməsi geniş məhvumdur. Belə ki, müxtəlif malların növünə, xüsusiyyətlərinə və tətbiq sahəsinə müvafiq olaraq sənədlər və şərtlər tələb oluna bilər. İdxal və ixrac proseduru üçün vacib nüansların nəzərdən qaçması prosedura başladıqdan sonra aşkarlandığı təqdirdə əlavə və ya nəzərdə tutulmayan xərclərə, həmçinin vaxt itkisinə səbəb ola bilər. Odur ki, maariflərdirici mövqeyimizi və ÖDƏNİŞSİZ KONSULTASİYAlarımız bu kimi halların qarşısını almaq üçündür. Bununla yanaşı müraciət edən şəxslərin gömrük rəsmləşdirilməsi prosedurunu anlaya bilmələri onların biznes fəaliyyətlərini inkişaf etdirmələri üçün faydalıdır.

- Gələcək planlarınız nədir?
- Bizim gələcək planlarımız Mobil Group –un fundamental dəyərləri və biznes fəlsəfəsinə əsaslanır. Beləki, sahibkarların və iş adamlarının dostu olaraq onların maarifləndirilməsi mövzusunda fəaliyyətimizi daha da gücləndirəcəyik. Firmamızın saytında gömrük prosedurları ilə əlaqəli sıx soruşulan suallar və onların cavabları bölümü formalaşmaqdadır. Bu ən qısa zamanda olacaqdır.
Buna əlavə olaraq sahibkarlar onları maraqlandıran suallarla bağlı saytımız və Sosial Media hesablarımız vasitəsi ilə gün ərzində müraciət edə bilərlər. Qeyd etmək istəyirəm ki, bünövrəsini Ulu Öndər Heydər Əliyevin qoyduğu və bu gün Cənab prezident İlham Əliyev tərəfindən davam etdirilən güclü iqtisadiyyatın formalaşmasında gömrük xidmətinin müstəsna rolu vardır və Mobil Group olaraq Azərbaycanda sahibkarlara gömrük rəsmləşdirməsi, logistika sahələri üzrə effektiv xidmət göstərməklə bu iqtisadi gücə güc qatmağı özümüzə borc bilirik.
Ətraflı:mobilgroup.az
Baş Ofis: Əhməd Rəcəbli 156
Çağrı Mərkəzi: *0090
Tel: +994123779090
Mob: +994513339090
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 4 həftə sonra
- 33 d. əvvəl
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
-
1 saat əvvəl
Yanvarın 17-də gözlənilən hava şəraiti - Bakıda intensiv yağıntı və sulu qar gözlənilir
-
2 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
“İvanovka Süd Məhsulları” rəqiblərindən şikayət edib - Şirkətin müraciətilə 2 şirkətə və 1 sahibkara göstəriş verilib
Yeni strategiya nəticə verib: AFB Bank 2025-ci ildə 43,3% böyüyüb
“Yapı Kredi Bank Azərbaycan” 2025-ci ili 10 milyon manat xalis mənfəətlə başa vurub
Azərbaycan neftinin son qiyməti
Turanbank böyüyüb, əməliyyat gəlirləri artıb
Ən çox oxunanlar
SOCAR Azərbaycan qazının Avstriya və Almaniyaya tədarükünə başlayıb
2025-ci ildə Azərbaycan bankları nə qədər qazanıb? - SİYAHI
Rəsmi məzənnələr açıqlandı
PAŞA Bankın aktivləri və depozit portfeli ikirəqəmli artım göstərib
22 bank mənfəət açıqladı - SİYAHI
“PAŞA Bank” POS-terminallarda yeni ödəniş funksiyasını aktivləşdirdi
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub














