YT Parkın rezidentinin yeni inzibati binası istifadəyə veriləcək
AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) rezidenti olan “İNKOR” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) neft və qaz çıxarma, emalı, eləcə də kimya sənaye sahələri və kənd təsərrüfatı üçün yüksək keyfiyyətli korroziya, duzçökmə, parafinçökmə inhibitorları, üzvi həllediciləri, korroziyadan mühafizə boyaları, kompleks gübrələr, ziyanvericilərə qarşı dərman preparatları və s. istehsalını həyata keçirir.
AMEA Yüksək Texnologiyalar Parkının Mətbuat katibi Nərgiz Qəhrəmanovanın Marja-ya verdiyi məlumata görə, müəssisə, həmçinin AMEA-nın Neft Kimya Prosesləri İnstutu ilə birgə rəqabət qabiliyyətli yüksək texnologiyalı məhsulların istehsalı məqsədilə tədqiqatlar aparır, hazırlanan məhsulların təcrübə-sənaye sınağını birgə həyata keçirilir.
Qeyd olunanları nəzərə alaraq, “İNKOR” MMC-nin yeni inzibati binasının tikintisinə qərar verilmişdir. Müasir tələblərə cavab verən yeni binada artıq təmir-tikinti işləri yekunlaşmaq üzrədir. Bina yaxın zamanda istifadəyə veriləcək.
Xatırladaq ki, “İNKOR” MMC 2019-cu ildə YT Parkda rezidentliyə qəbul edilib.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 11 saat sonra
-
- 5 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 10 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb






















