Ağdamın keçmiş təmas xəttinin sıfır nöqtəsində yerləşən kəndlərində pambıq yığımına başlanıldı
Ağdam rayonunda, keçmiş təmas xəttinin sıfır nöqtəsində yerləşən Mirəşelli kəndində pambıq yığımı həyata keçirilib. Ağdam Dövlət Aqrar İnkişaf Mərkəzinin Fermer Koordinasiya Şurasının üzvü, pambıqçı Eldar Qasımovun sahəsində pambıq yığımı zamanı orta məhsuldarlıq 40 sentnerdən çox olub.
Fermer jurnalistlərə açıqlamasında bildirib ki, Mirəşelli kəndinin əkin sahələri erməni silahlı birləşmələrinin mütəmadi atəşinə məruz qalsa da, kənd camaatı əkin prosesinin təqvim planına görə həyata keçirib. Sentyabrın 27-dən başlayan əks-həmlə əməliyyatları pambıq yığımı dövrünə təsadüf edib, mülki əhalinin, kənd təsərrüfatı texnikasının mütəmadi atəşə tutulması nəticəsində təmas xəttinə yaxın ərazilərdə yığımı həyata keçirmək çətinləşib. Noyabrın 10-dan Rusiya rəhbərliyinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan arasında münaqişənin nizamlanmasına dair anlaşma bəyanatı imzalandıqdan sonra Ağdam rayonunun atəş xəttinə yaxın ərazilərində pambıq yığımına start verilib: “Ötən il 47 sentner məhsul götürmüşdüm. Bu il məlum səbəblərdən yığım prosesi bir qədər ləngidi. Buna rəğmən ilk yığımda 40 sentnerdən çox məhsul götürmüşəm. İkinci yığımda bu göstərici daha da yüksələcək. Ordumuzun zəfəri sayəsində artıq təmas xətti anlayışı keçmişdə qaldı, növbəti ildən torpaqlarımızı daha rahat əkib-becərəcək, daha çox məhsul götürəcəyik. Kənd təsərrüfatına verdiyi dəstəyə görə, bu çətin günlərdə yanımızda olduğuna görə dövlətə, müvafiq qurumlara öz minnətdarlığımı bildirirəm”.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin müdiri Vüqar Hüseynov bildirib ki, bu il pambıqçılıqda ölkə üzrə orta məhsuldarlıq göstəricisi çox yüksəkdir: “Fermerlərimiz bugünədək sahələrdən 310 min tona yaxın məhsul yığaraq qəbul məntəqlərinə təhvil veriblər. Ötən il pambıq mövsümünün yekununda 295 min ton məhsul yığılmışdı. Hazırda pambıq üzrə orta məhsuldarlıq 31 sentner təşkil edir. Pambıq əkini həyata keçirilmiş 21 rayondan 9-da orta məhsuldarlıq 30 sentneri keçib. Pambıq yığımı hələ davam edir, mövsümün yekununda Azərbaycan pambıqçılıq tarixində nadir qeydə alınan yüksək orta məhsuldarlıq göstəricisi əldə edəcəyimizi gözləyirik”.
Nazirlik rəsmisi bildirib ki, sentyabrın 27-dən başlayaraq erməni hərbi birləşmələrinin atəş xəttinə yaxın əraziləri mütəmadi atəşə tutması, mülki əhalini, aqrar infrastrukturu, kənd təsərrüfatı texnikasını hədəfə alması həmin ərazilərdə pambıq yığımını həyata keçirməkdə çətinliklər yaradıb: “Bu səbəblərdən ötən il yüksək məhsuldarlıq qeydə alınmış Tərtər və Ağdam rayonlarında, Füzuli, Ağcabədi və Bərdənin atəş xəttinə yaxın ərazilərində pambıq yığımını həyata keçirmək çətinləşmişdi. Bu rayonlar həm də pambıqçılıq ənənələrinə malik, hər il məhsuldarlıq göstəricilərini yeniləyən pambıqçılıq rayonlarımızdır. Noyabrın 10-dan sonra həm Ağdamda, həm Tərtərdə, həm də digər qeyd olunan ərazilərdə pambıq yığımına start verilib. Yığımın vaxtında başa çatması üçün bu rayonlara əlavə kənd təsərrüfatı texnikaları göndərilib. Bugünədək Ağdam rayonunda orta məhsuldarlıq 23,69 sentnerə çatıb, Tərtər rayonunda bu göstərici 23,89 sentnerdir. Mövsümün sonuna kimi hər iki rayonda orta məhsuldarlığın artaraq ötən ilki səviyyəyə çatmasını gözləyirik. Ağdam və Tərtər rayonlarında pambıq sahələrində məhsulub bol olması bunu söyləməyə əsas verir”.
Qeyd edək ki, ölkə üzrə pambıq yığımı davam edir. Yığım prosesinin optimal müddətdə başa çatacağı gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
41 d. əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
1 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
2 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
2 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar









.jpg)







.jpg)

