Oktyabrda problemli kreditlər 63 milyon manata yaxın azalıb
2020-ci ilin Oktyabr ayında Azərbaycanın kredittəşkilatlarındakı ödəmə vaxtı keçmiş kreditlərin məbləği 62 milyon 982 min manat və ya 5,9% azalaraq 1 milyard 6 milyon 523 min manata düşüb.
Marja Mərkəzi Banka istinadən xəbər verir ki, Sentyabrın sonunda ödəmə vaxtı keçmiş kreditlərin məbləği 1 milyard 69 milyon 505 min manat, 2019-cu ilin sonunda isə 1 milyard 273 milyon 7 min manat təşkil etmişdi.
Problemli kreditlər ilin əvvəlinə nisbətən 20,9 % az, son 1 ildə isə 27,3 % azalıb.
2020-ci ilin Oktyabr ayının sonunda ödəmə vaxtı keçmiş kreditlərin cəmi kredit qoyuluşlarında (14 milyard 785 milyon 941 min manat) xüsusi çəkisi 6,8% təşkil edib. Sentyabr ayının sonunda bu nisbət 7,2% idi.
Qeyd edək ki, Sentyabr ayının sonu ilə müqayisədə Oktyabr ayında cəmi kredit qoyuluşları 87 milyon 718 min manat azalıb.
Müştərilərin xəbərləri
"Prime Cotton" şirkəti GOTS sertifikatını əldə edərək Azərbaycan pambıq sektorunda yeni mərhələ açır
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
-
25 d. əvvəl
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
29 d. əvvəl
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
- 38 d. əvvəl
- 42 d. əvvəl
-
58 d. əvvəl
9% gəlir təklif edən dollar istiqrazları üzrə hərrac keçiriləcək - TARİX AÇIQLANDI
- 1 saat əvvəl
-
1 saat əvvəl
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
EBRD ötən il Azərbaycandakı layihələrə 81 milyon avro ayırıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Bitcoin-in qiyməti 60 min dollara düşüb - 2 trilyon dollar silinib
Rəsmi məzənnələr açıqlandı
“Volvo” səhmlərində tarixinin ən sərt satışları baş verib
Yapı Kredi-nin mənfəəti 62 faiz artıb
Almaniyadan “Amazon”a 59 milyon avro cərimə
“İrana bombardmançı təyyarələrimizi göstərdik”




















