Tanınmış ərəb şirkəti Bakıda kosmetika və parfümeriya mağazalarını açacaq
Ərəb ölkələrində geniş marketlər şəbəkəsinə malik olan “Fawaz Al Hokair” şirkəti 2021-ci ildə Bakıda və Tbilisidə İtaliyanın “Kiko Milano” kosmetika və parfümeriya brendinin mağazalarını açacaq.
Marja xəbər verir ki, şirkətin icraçı direktoru Marvan Mukarzel jurnalistlərə müsahibəsində Cənubi Qafqazın iki ölkəsi – Azərbaycan və Gürcüstanda biznes şəbəkəsi yaratmağı nəzərdə tutduqlarını söyləyib.
Onun sözlərinə görə, Səudiyyə Ərəbistanı, Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri və digər ölkələrdə moda və parfümeriya sahəsində pərakəndə mağazaları olan “Fawaz Al Hokair” Bakı və Tbilisi, habelə Batumidə yeni mağazalar açmaqla daha geniş coğrafiyanı əhatə edəcək.
İcraçı direktor əlavə edib ki, Cənubi Qafqazın böyük turizm potensialına malik olan bu şəhərlərinə sərmayə qoymaq şirkət üçün əlverişlidir.
“Fawaz Al Hokair” şirkəti Səudiyyə Ərəbistanının böyük otellər və marketlər şəbəkəsinə malik olan “Al Hokair” qrupuna daxildir. Bu şirkət İtaliyanın dünyada yüzlərlə kosmetika mağazası fəaliyyət göstərən “Kiko Milano” firması ilə şərikdir.
Marja.az Telegramda: https://t.me/marjaaz
Azərtac
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
13 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
18 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 50 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı






















