Azərbaycanda bazara yeni supermarket daxil olur - "Digər şəbəkələrdən çox ucuz satırıq"
Azərbaycanda bazara Prego ticarət nişanı ilə supermarket şəbəkəsi daxil olur.
Marja-nın məlumatına görə, bu gün (08 Dekabr 2020) markanın 2-ci filialı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 40/89 ünvanında istifadəyə veriləcəkdir. İlk Prego supermarketi bir neçə ay öncə Bakıda Cəlil Məmmədquluzadə 118 ünvanında işə düşüb.
1 İLDƏ FİLİAL SAYININ 10-A ÇATDIRILMASI NƏZƏRDƏ TUTULUR
Prego supermarketləri idxal və pərakəndə ticarət fəaliyyətləri ilə məşğul olan “İlyad LTD" şirkətinə məxsusdur. Şirkətin təsisçisi Hidayət Rəhimov Marja-ya bildirdi ki, gələn il ərzində Prego supermarketlərinin sayının 10-a çatdırılması planlaşdırılır:
"Hazırda 1 Prego supermarketdən başqa tanınmış şəbəkələrindən birinin françayzinqi ilə fəaliyyət göstərən 5 supermarketimiz fəaliyyət göstərir. Gələn il françayzinqdən imtina olunacaq və həmin supermarketlər fəaliyyətlərinə Prego markası ilə davam edəcəklər. Dekabrın 8-də Bakıxanov qəsəbəsində Prego supermarket açılacaqdır. 2021-ci ildə azı 3 yeni ünvanda Prego supermarketini açmağı nəzərdə tuturuq".
“BAŞQA SUPERMARKETLƏRİN ENDİRİM QİYMƏTLƏRİ BİZDƏ NORMAL QİYMƏTLƏRDİR”
Sahibkar bildirdi ki, Prego sözü italyanca "Xoş gəlmisiniz" deməkdir:
"Biz İtaliyadan bir sıra məhsulların idxalı ilə məşğuluq. Təxminən 30 çeşiddə İtaliya istehsalı olan souslar, spagettilər, şokoladlar və şirniyyat çeşidləri təklif edirik. Prego-da qiymətlərimiz çox aşağıdır. Məhsulları digər şəbəkələrdən çox ucuz satırıq. Bunu siz də monitorinq edə bilərsiniz. Elə iri supermarket şəbəkəsi yoxdur ki, bizdən ucuz olsun. Onların endirim qiymətləri bizdə normal qiymətlərdir. Bundan başqa müştərilərə ən yüksək xidməti göstərməyə çalışırıq. Bizdə bütün menecerlər və şöbə işçiləri təcrübəlidir və daima treninqlərdən keçirlər. Treninqlər Türkiyə mütəxəssiləri tərəfindən aparılır".
Hidayət Rəhimov əlavə etdi ki, Prego markası supermarket formatında yoluna davam edəcəkdir, kiçik formatlı marketlərin açılması nəzərdə tutulmur.
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
-
13 d. əvvəl
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
-
19 d. əvvəl
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
- 51 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Ən çox oxunanlar
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı























