ABŞ-da COVID-ə qarşı "Pfizer" peyvəndinin sınaqları zamanı 6 nəfər ölüb
ABŞ-ın əczaçılıq nəhəngi “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndinin sınaqları nəticəsində altı nəfər ölüb.
“RİA Novosti” xəbər verir ki, bu barədə ABŞ-ın Qida və Dərmanların Keyfiyyəti Məsələləri İdarəsinin (FDA) məlumatında deyilir. Bildirilir ki, ölənlərdən dördü placebo (dərmanın imitasiyası), iki nəfər isə peyvəndin özünü qəbul edib.
Peyvənd verilən qrupdakı xəstələrdən biri piylənmədən və aterosklerozdan əziyyət çəkirmiş, o, dərmanın ilk dozasından üç gün sonra ölüb. İkinci könüllü ikinci dozadan 60 gün sonra ürəktutmasından keçinib.
Plasebo qəbul edənlər arasında ikisi infarkt və insultdan ölüb, daha ikisinin ölüm səbəbi müəyyən edilir. Ölən altı nəfərdən üçü 55 yaşdan yuxarı şəxslərdir.
Ümumilikdə, testlərdə 16 yaşdan yuxarı təxminən 38 min nəfər iştirak edib.
Qeyd edək ki, FDA bir müddət əvvəl “Pfizer” və “BioNTech”in birgə hazırladığı peyvəndin effektivliyini təsdiqləyib. Sənədlərdə qeyd olunur ki, dərman lazımi təhlükəsizlik səviyyəsini nümayiş etdirib və təcili istifadəsinə heç bir maneə yoxdur.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
- 57 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 13 saat əvvəl
-
15 saat əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 15 saat əvvəl
- 20 saat əvvəl
-
20 saat əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 20 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Ən çox oxunanlar
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb
























