Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

“Capital Partners İnvestisiya Şirkəti” dövlət qeydiyyatına alınıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
“Capital Partners İnvestisiya Şirkəti” dövlət qeydiyyatına alınıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti “Capital Partners İnvestisiya Şirkəti” QSC-ni dövlət qeydiyyatına alıb.

Maliyyə qurumu “Rabitəbank” ASC-nin 2007-ci ildə təsis etdiyi, "Bakı Fond Birjası” QSC-nin səhmlərinin 4,76%-nə nəzarət edən “Kapital Partners” MMC-nin hüquqi varisidir və Azərbaycanda 2015-ci il iyulun 15-dən qüvvəyə minmiş "Qiymətli kağızlar bazarı haqqında" qanuna uyğun olaraq kapital bazarında fəaliyyət göstərəcək.

İnvestisiya şirkətinin hüquqi ünvanı əvvəlki kimi “Rabitəbank”ın vaxtilə baş ofisinin yerləşdiyi Bakı şəhəri, Səbail rayonu, Bünyad Sərdarov küçəsi, 1-dir. Onun qanuni təmsilçisi də dəyişməyib - İbrahim Koroğlu oğlu Mikayılovdur.

“Capital Partners”in nizamnamə kapitalının əvvəlcə 75 min manat olacağı bildirilsə də, sonradan bu məbləğin 5 min manat da artırılaraq 80 min manata çatdırılmasına qərar verilib. Bu isə investisiya şirkətinin 13 il əvvəlki ilkin kapitalından 1 000 dəfə çoxdur.

“Capital Partners”in gələn ildən fəaliyyətə başlaması, həm əsas, həm də yardımçı investisiya xidmətləri təklif etməsi planlaşdırılır. Onun əsas fəaliyyət istiqamətləri qiymətli kağızlar və yaxud törəmə maliyyə alətləri ilə bağlı müştəri sifarişlərinin qəbulu və icrası, fərdi investorların portfelinin idarə edilməsi, qiymətli kağızların yerləşdirilməsi, anderraytinqi və investisiya məsləhətlərinin verilməsi olacaq.

Hazırda Azərbaycanda 10 investisiya şirkəti Mərkəzi Bankın müvafiq lisenziyasına malikdir. Bunlar “ABB-İnvest”, “Azfinance”, “BTB Kapital”, “Xalq Kapital”, “İnvest-AZ”, “MFX-Trading”, “PAŞA Kapital”, “Plato Capital and Co”, “PSG Kapital” və “Unicapital” investisiya şirkətləridir.

Report

 

Capital Partners İnvestisiya Şirkət
10.12.2020 09:58

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci-2_29
Manşetin sağı-2_5
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18