Dövlət İmtahan Mərkəzinin xalis mənfəəti 12 dəfədən çox azalıb
Dövlət İmtahan Mərkəzi (DİM) 2019-cu ili 346 min manat xalis mənfəətlə başa vurub.
Qurumun maliyyə hesabatına görə, bu, 2018-ci ilə nisbətən 12,3 dəfə azdır.
Ötən il DİM-in əməliyyat gəlirləri 19,248 milyon manat (əvvəlki illə müqayisədə 8,4% çox), əməliyyat xərcləri 10,967 milyon manat (4,2% çox), inzibati xərcləri 5,209 milyon manat (3,6 dəfə çox), köhnəlmə və amortizasiya xərcləri 2,299 milyon manat (97,3% çox), faiz gəlirləri 31 min manat (55,8% az), faiz xərcləri 10 min manat (7,1 dəfə çox), digər gəlirləri 15 min manat (15,4 dəfə az), digər xərcləri 106 min manat (3 dəfə çox), mənfəət vergisi ödəmələri isə 357 min manat (71,6% çox) təşkil edib.
Bu il yanvarın 1-nə DİM-in aktivləri 26,111 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,7% çoxdur. Hesabat dövründə qurumun öhdəlikləri 16,3% artaraq 475 min manata, balans kapitalı isə 5,5% artaraq 25,636 milyon manata çatıb.
Xatırladaq ki, DİM ölkə prezidentinin 11 aprel 2016-cı il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Mərkəz dövlət qulluğu üçün kadrların seçilməsi, təşkilati-hüquqi və mülkiyyət formasından asılı olmayaraq ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulunun həyata keçirilməsi məqsədi ilə, habelə müqavilə əsasında dövlət orqanları, hüquqi və fiziki şəxslər üçün imtahanlar təşkil edən publik hüquqi şəxsdir.
Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
- 1 saat əvvəl
-
- 17 saat əvvəl
- 19 saat əvvəl
-
20 saat əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
20 saat əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 20 saat əvvəl
-
21 saat əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 21 saat əvvəl
-
22 saat əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
23 saat əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti
























