Biznesinizi irəli aparın - ekvayrinq xidməti !
Expressbank ticarət/xidmət müəssisəsini dünya standartlarına uyğunlaşdırmaq istəyən hüquqi şəxslər və fərdi sahibkarlar üçün ekvayrinq xidmətini təklif edir.
POS-terminalların quraşdırılmasını təmin edən bu xidmət vasitəsi ilə sahibkarlar öz obyektlərini dünya standartlarına daha bir addım yaxınlaşdıracaq, müştəriləri üçün daha əlverişli ödəniş imkanları təqdim etmiş olacaqlar. Belə ki, nağdsız ödənişlərə üstünlük verən müştərilər Expressbank-ın ekvayrinq xidməti sayəsində dünyanın istənilən ölkəsinin beynəlxalq plastik kartları vasitəsi ilə bütün alış-veriş və xidmət müəssisələrində POS-terminallardan istifadə edə bilərlər.
Ekvayrinq xidmətinin qoşulması üçün Expressbank-ın istənilən filialına yaxınlaşmaqla müvafiq müqaviləni imzalamaq kifayətdir. Müəssisədə lazımlı avadanlıq (POS – terminallar) quraşdırıldıqdan sonra Expressbank əməkdaşları müştərinin işçi kollektivi üçün təlim keçirir və reklam materialları ilə təmin edir.
Reklam materialların verilməsi, əməkdaşlara pulsuz təlimlərin keçirilməsi, xidmətə görə optimal komissiya, qısa müddət ərzində pul vəsaitlərinin bank hesabına mədaxil edilməsi, əməliyyatlar zamanı çətinliklər yaranarsa operativ konsultasiyaların verilməsi və bu kimi üstünlüklər Expressbank-ın ekvayrinq xidmətini hər kəs üçün cəlbedici edir.
Expressbank-ın xidmət şəbəkəsi 16 filialdan ibarətdir. Onlardan 10-u Bakı və Sumqayıt şəhərlərində, 6-sı isə ölkənin Gəncə, Mingəçevir, Bərdə, Qusar, Xaçmaz və Şirvan şəhərlərində yerləşir. Bankın ölkə üzrə 80-dək bankomat, 6000-dək POS terminal və 500-dən artıq ExpressPay ödəniş terminalı vardır.
Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək,www.expressbank.az saytına və ya Bankın rəsmi facebook səhifəsinə www.facebook.com/Expressbank daxil olaraq əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 6 gün sonra
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
"Yelo Bank"ın 2025-ci il üzrə maliyyə nəticələri: aktivləri və kreditlər artıb, mənfəəti azalıb
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Ziraat Bank Azərbaycan ASC-nin Müşahidə Şurasına yeni üzv təyin edilib
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bazar günü Bakıda 8 dərəcə isti olacaq
ABŞ-dən İrana yeni sanksiya
Gümüşün qiyməti 100 dolları keçərək tarixi rekord qırdı
PAŞA Həyat-ın İdarə Heyətində yeni təyinat
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən edilib
Azərbaycan bankları xarici ödəniş əməliyyatları üzrə vergidən azad olunub - EKSKLÜZİV
Daha bir qlobal bank qızılın qiymətinin 5000 dollara çata biləcəyini proqnozlaşdırır
Azərbaycandan Rusiya və Türkiyəyə gedənlərin sayı azalıb, İrana gedənlərin sayı artıb






















