Azərbaycan növbəti 4 ildə qaz hasilatını artıracaq
Azərbaycan 2024-cü ildə qaz hasilatını 49 209 min kubmetrə çatdıracaq. Bu, 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 22,68% çoxdur.
Bu barədə büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasının 2021-ci il və növbəti 3 il üçün iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri"nə istinadən xəbər verir.
Məlumata görə, gələn il ölkədə 40 112,3 min kubmetr qazın hasil ediləcəyi proqnozlaşdırılır. 2022-ci ildə bu göstəricinin 44 423 min kubmetr, 2023-cü ildə isə 47 889 min kubmetr olacağı ehtimal olunur.
Xatırladaq ki, bu ilin yanvar-noyabr aylarında Azərbaycanda 33 348,7 min kubmetr qaz hasil edilib, bu da illik müqayisədə 3,6% çoxdur. 2019-ci ildə ölkədə 35 600 min kubmetr qaz istehsal edilib.
Onu da qeyd etmək lazımdır ki, ölkədə əmtəəlik qazın istehsalında da kəskin artım gözlənilir. Belə ki, 2024-cü ildə Azərbaycanda hasil edilən qazın 37 380 min kubmetri əmtəəlik "mavi yanacağın" payına düşəcək, bu da 2021-ci ilin proqnoz göstəricisi ilə müqayisədə 25,46% çoxdur.
Məlumata görə, 2021-ci ildə Azərbaycanda 29 795,1 min kubmetr, 2022-ci ildə 33 848 min kubmetr, 2023-cü ildə isə 36 606 min kubmetr əmtəəlik qaz istehsal ediləcəyi proqnozlaşdırılır.
APA
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 1 saat sonra
-
- 14 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
17 saat əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 17 saat əvvəl
- 18 saat əvvəl
-
18 saat əvvəl
Pulunu artırmaq istəyirsənsə, bu tədbiri ötürmə - Ekspertlər Bakıya gəlir
- 19 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Qaradağın 16 illik icra başçısı vəzifədən azad olundu
İqtisadi Şuranın iclası keçirilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Türkiyənin xarici ticarət kəsiri 92 milyard dolları aşıb
























